Bu gün, TDU-da hakim partiyanın sədri İrakli Kobaxidzenin mühazirəsi ilə eyni vaxtda etiraz plakatı açdığına görə qarşıçıxılan və döyülən Tbilisi Dövlət Universitetinin tələbəsi, Luka Şvelidze deyir ki, tibbi müəssisədə onu silahlı şəxslər ziyarət edib və şəxsi məlumatlarının toplamağa çalışıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Patrul polisi əməkdaşları Xeçinaşvili Klinikasının həyətində bir nəfəri saxlayıblar. Elə yerindəcə çəkilən foto və videogörüntülərdən də onun şalvarında tapança olduğunu görmək olur. Daxili İşlər Nazirliyi onun kim olması və istintaqa başlanılıb-başlanılmadığına aydınlıq gətirməyib.
“İntensiv terapiya bölməsində, qapının yanında uzanmışdım və eşitdim ki, Luka Şvelidze hansıdır soruşulduğunu eşitdim. Mən kim olduqlarını, mənim şəxsi məlumatımı niyə əldə etdiklərini soruşdum? Əgər polis işçisi olduqlarını və hadisə ilə bağlı göndərildiklərini desə idilər, başa düşmək olardı. Yox, heç nə etmirik, başqa iş görürük dedilər və getdilər. Başımı bayıra çıxardım ki, onların şəklini çəkim, kim olduqlarını öyrənim.
Mən onu buraxmırdım və həyətdə güləş başladı, əlini tapançaya apardı, məni hədələdi ki, əlini buraxmasam, məni tutub, güllələyəcək. Ad-soy adını demirdi. Əgər o, hüquq-mühafizə orqanının əməkdaşı idisə, niyə mülki formada gəlib? Niyə sərxoş idi?
Patrul polisinə zəng vurduq, onlar gələnə qədər adamla güləşirdim ki, qaçmasın. İkincisi qaçdı və hər şeyi yolun kənarından müşahidə edirdi, fotoşəkillər çəkirdi”, - Luka Şvelidze mediaya bildirib.
Luka Şvelidze TDU-da baş verən qarşıdurmadan sonra Xeçinaşvili Klinikasına yerləşdirilib. O və bir neçə başqa tələbə İrakli Kobaxidzenin mühazirəsi ilə eyni vaxtda etiraz plakatları açmaq istəsələr də, universitetdəki naməlum şəxslər onlara icazə verməyiblər. “Plakatları əlimizdən aldılar. Mühazirə otağından 20-yə yaxın adam çıxıb bizi vurmağa, pilləkənlərdən aşağı itələməyə başladılar. Həmin vaxt təhlükəsizlik işçisi yox idi. Sonra, bizi döyəndə gəldilər. Bu adamlar tələbə deyil, onları Kobaxidze gətirib”, - deyə Şvelidze bildirib.
TDU-da hakim partiyanın siyasətinə ötən şənbə etiraz edilib. Kobaxidze mühazirədən çıxarkən, pilləkənlərdən üzərinə rus rubllarını atılıb. İrakli Kobaxidze o zaman bildiribİ ki, bunu orientasiyası qarışıq, ailə qurmalı olan gənclər edib: “Həmin gənclər bir neçə gün əvvəl parlamentin qarşısında dayanıb baş nazirin ünvanına təhqiramiz ifadələr işlədiblər, onların tələbə statusunun bununla heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, bu insanları düzgün yola salmaq lazımdır. Oğlanlar arvad almaları, qızların evlənmələri, çoxalmaları və s. lazımdır.
Bu gün TDU-ya toplaşan tələbələr, İrakli Kobaxidzedən bu ifadələrə görə üzr istəməsini tələb edirdilər.