Bir qrup gənc “Gürcü Arzusu”nun sədri, Tbilisi Dövlət Universitetində konstitusiya hüququndan mühazirələr oxuyan dosent İrakli Kobaxidzeyə rus rublları atıb. Hadisə bu gün mühazirədən sonra Kobaxidze mühafizəçi ilə pilləkənlərlə enərkən baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İrakli Kobaxidze hadisəni “Formula” TV-ilə əlaqəli gənclərin təşkil etdiyi təxribat adlandırıb.
“Əslində “Formula” ilə əlaqəli, hər cür oriyentasiyası qarışıq gənclər var idi. Bu gənclər bir neçə gün əvvəl parlamentin qarşısında dayanaraq baş nazirin ünvanına təhqiramiz ifadələr işlədiblər, bu halda onların tələbə statusunun bununla heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, bu insanları düzgün yola yönəltmək lazımdır. Oğlanların arvad alması, qızların ailə qurması, çoxalması və s. lazımdır.
Bu gənclərin hər cür, o cümlədən siyasi orientasiyası pozulub, gah “naç” gah “Qirçili” olurlar. Bu, siyasi oriyentasiyanın pozğunluğu deməkdir, amma məqsədimiz gənclərin düzgün yola yönəlmələri və xarici agent olan siyasi qüvvələrə yox da öz vətənlərinə xidmət etmələridir.
Onların siyasi orientasiyalarından tutmuş bütün orientasiyaları düzəldilməlidir, bu, bizim vəzifəmizdir və bunun üçün hər şeyi edəcəyik. Biz hər şeyi edəcəyik, o cümlədən bu gəncləri xilas etmək üçün”, - Kobaxidze jurnalistlərə bildirib.
“Gürcü Arzusu”nun sədrindən universitetə niyə mühafizə ilə getdiyini və tələbələr tərəfindən təhlükə hiss edib-etmədiyini soruşduqda, bir daha tələbələrin bununla heç bir əlaqəsi olmadığını və bir neçə gün əvvəl parlament qarşısında baş nazirə qarşı “təhqiramiz aksiya”nı təşkil edənlərin iştirak etdiyi təxribat olduğunu vurğulayıb.
Bu, Tbilisi Dövlət Universitetində İrakli Kobaxidzeyə qarşı edilən ilk etiraz halı deyil. Bu ilin martında “Gürcü Arzusu” “xarici təsir agentləri haqqında” rus qanun layihəsini parlamentdə, birinci oxunuşda qəbul edərkən tələbələr hakim partiya sədrinin müəllifli olduğu dərslikləri yandırıblar. 2019-cu ilin iyununda Rusiya Dumasının deputatı Sergey Qavrilovun Tbilisiyə səfərindən və parlament sədrinin kürsüsünə keçməsindən sonra Hüquq fakültəsinin bəzi tələbələri İrakli Kobaxidzeyə bir daha mühazirə oxumaq imkanının verilməməsini tələb ediblər.