Telavinin Laliskuri kəndində iki nəfər qətlə yetirilib

Telavi bələdiyyəsinin Laliskuri kəndində odlu silahdan açılan atəş nəticəsində iki nəfər qətlə yetirilib. Onlardan biri, yaşı 30-dan az olan kişi bələdiyyə sədrinin kənddəki nümayəndəsinin qardaşıdır.

Qətl ötən gecə, gecə saatlarında baş verib. Öldürülənlər və hadisəni törədənlər həmkəndliləridir.

Yerli sakinlər “Gürcüstan Xəbərləri”nə bildiriblər ki, cinayətin şahidi olmayıb. Onların sözlərinə görə, hələ də qatili axtarırlar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 19-109 və 236-cı, yəni ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri ilə istintaq başlanılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur