Tercola bələdiyyəsinin Sazano kəndində Dzusa çayında 4 nəfər həyatını itirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mövcud məlumata görə, əksəriyyəti ailə üzvləri olan 6 nəfərdən ibarət qrup Samtsvera şəlaləsində gəzintidə olarkən onlardan birinin ayağı sürüşərək suya düşüb. Dörd nəfər ona kömək etmək üçün çaya girsə də, onları axın aparıb. Sahildə qalan şəxs xilasetmə xidmətinə müraciət edib.
Hadisə yerinə gələn xilasedicilər 1 nəfəri xilas edə bilib və o, tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə istintaqa başlayıb.