Tercolada kişi keçmiş arvadının üstünə benzin tökərək öldürüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tercolada kişi keçmiş arvadının müdir işlədiyi mağazada üstünə benzin tökərək yandırıb. Qadın yerindəcə keçinib. Cütlük bir neçə il idi ki, ayrılmışdı. Polis onun ərinə qarşı başqa yerə getməmək barədə qərar çıxarıb. Qətl noyabrın 24-ü axşam saatlarında baş verib.

Keçmiş arvadını öldürən kişinin də vəziyyəti ağırdır. O, reanimasiya şöbəsinə yerləşdirilib.

“Xəstə ağır şok vəziyyətində gətirilib. Bədənin 60-70%-i, 3-4-cü dərəcəli yanıqlar olub. Xəstə sedasyon altında intubasiya edilib, cərrah və reanimatoloqun məsləhəti ilə reanimasiya şöbəsinə yerləşdirilib. Bu mərhələdə onun həyatı təhlükədə deyil”, - deyə həkim Tinatin Çafidze bildirib.

Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin ailə üzvünə qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsinin 11-ci - 109-cu maddəsi ilə istintaqa başlanılıb. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

2022-ci ilin ilk on ayında 16 qadın öldürülüb.

2021-ci ildə 22 qadın öldürülüb. 11 faktın ailə üzvü tərəfindən törədildiyi, 11 halda isə cinayətin başqa motivi üzə çıxıb. Ötən il qadınları öldürməyə cəhdlə bağlı 31 fakt qeydə alınıb, onlardan 16-sı ailə cinayəti, 15-i isə digər əsaslarla törədilib.

Statistikaya görə, əvvəlki illərdə olduğu kimi, qadın qətli və ya qadın öldürməyə cəhd hallarında azalma tendensiyası müşahidə olunmur. Əvvəlki illərlə müqayisədə qadınların intihar və intihara cəhd halları artıb. Həmçinin qadınları öldürməyə cəhd faktları artıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur