Toksikoloji müayinə üçün Samxarauli Mərkəzinə müraciət edəcəyik - Breqadze Saakaşvili haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Səhər saatlarında toksikoloji ekspertiza keçirmək və ictimaiyyətin Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı dolğun və əhatəli məlumat əldə etməsi üçün Samxarauli adına Milli Mərkəzə müraciət edəcəyik”, - Gürcüstanın ədliyyə naziri Rati Breqadze həbsdə olan Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“İctimaiyyətə məlum olduğu kimi, məhkum Mixail Saakaşvilinin vəkili Mixail Saakaşvilinin mümkün zəhərlənməsi ilə bağlı açıqlama verib. Oxşar məlumatı bildirən hər kəsi bu məlumatı təsdiqləməyə və müvafiq sübut təqdim etməyə dəvət edirik. Heç kim Xüsusi Penitensiar Xidmətə analoji rəy təqdim etməyib və ictimaiyyətin yanlış məlumatlandırılmasının qarşısını almaq üçün hər kəsi yanlış və əsassız məlumat yaymaqdan çəkinməyə çağırırıq”, - deyə ədliyyə naziri bildirib.

Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani və üçüncü prezidentin anası Giuli Alasaniya noyabrın 19-da Saakaşvilinin zəhərləndiyini, xarici ekspertlərin onun bədənində civə və digər ağır metallar aşkar etdiyini açıqlayıb.

Civə idi. Müəyyən bir civə dozasının səbəb ola biləcəyi bir siyahı var. Oraya necə gəldiyi, təbii ki, məlum deyil. İntoksikasiyadır və dərhal azad edilməsinə əsas verir. Yalnız süni şəkildə əldə edilə bilərdi, çünki insan təkdir, təcrid olunur və özü onu uda bilməz. Bu, əldə edilən araşdırmalara əsaslanır”, - Giuli Alasania “Mtavari” kanalının müsahibəsində bildirib.

Söhbət müdafiə tərəfinin Saakaşvilinin sağlamlıq vəziyyətini qiymətləndirmək üçün təyin etdiyi “Empatiya” mərkəzinin apardığı müayinədən gedir. Ekspertizada gürcü mütəxəssislərlə yanaşı, xarici ekspertlər də iştirak edib.

“Empatiya” mərkəzinin direktoru Mariam Cişkarianinin sözlərinə görə, Saakaşvilinin diaqnozu ağırdır və həbsdən azad olunma meyarlarına uyğundur. Ekspertlər heyəti hesab edir ki, onun əsasən həbsxanada qoyulan diaqnozları həbslə bir araya sığmır.

Mixail Saakaşvili bir il əvvəl Gürcüstana qayıdıb və 2021-ci il oktyabrın 1-də yerli özünüidarə seçkilərindən bir gün əvvəl Tbilisidə həbs edilib.

Mixail Saakaşvili təqsirli bilinir. O, parlamentin üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasının dağıdılmasında, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur.

Saakaşvili ittihamları siyasi motivli adlandırır. Həbs olunduğu gün o, aclıq aksiyasına başlayıb. Uzun sürən aclıq aksiyası nəticəsində səhhəti pisləşib. O, əvvəlcə Qoridəki hərbi hospitalda müalicə olunub, sonra həbsxanaya qaytarılıb. Mayın 12-dən Gürcüstanın üçüncü prezidenti penitensiar xidmətin podratçısı olan “Vivamedi” Tibb Mərkəzindədir. Vəkilin sözlərinə görə, Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ağırdır - o, yemək yeyə bilmir və dərman qəbul etməkdən imtina edir. Yaxınları Saakaşvilinin cəzasının təxirə salınmasını və müalicə üçün xaricə göndərilməsini tələb edirlər.

Oktyabr ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasında və digər ölkələrdə prezident Vladimir Putinə müxalif siyasi məhbuslara yenidən baxılaraq azadlığa buraxılmasına çağırıb. Assambleya oktyabrın 13-də qəbul etdiyi qətnamədə belə bir siyasi məhbus kimi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin adını çəkib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur