Fevralın 7-də, gecə saatlarında baş verən sürüşmə nəticəsində 4 yaşayış evinin torpaq altında qaldığı Bağdatinin Nerqeeti kəndi Milli Ətraf Mühit Agentliyinin təbii geoloji proseslər baxımından xüsusilə gərgin ərazilər siyahısına daxil edilib. Xilasedicilər Nerqeetidə 4 nəfərin cəsədini tapıblar, aralarında uşaqların da olduğu 5 nəfəri isə axtarırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Milli Ətraf Mühit Agentliyinin hər kəs üçün əlçatan olmalı olan, lakin “Gürcüstan Xəbərləri” onu əldə etmək üçün məhkəmə müraciət etməli olduğu sənədinə əsasən, Bağdati bələdiyyəsi ərazisində geniş yayılmış təhlükəli geoloji proseslər həm yaşayış evlərinə, həm kənd təsərrüfatı sahələrinə, həm də avtomobil yolları və digər infrastruktur obyektlərinə təhlükə yaradır.
İmereti bölgəsində yüksək təhlükə zonasında 86, orta təhlükəli zonada 164, aşağı təhlükə zonasında isə 160 yaşayış məntəqəsi var.
Fevralın 6-da, torpaq sürüşməsi nəticəsində 55 yaşlı Temur Baramidzeni həyatını itirdiyi Keda bələdiyyəsinin Tsoniarisi kəndi təbii geoloji proseslərə görə xüsusilə gərgin ərazi hesab olunur.
“Temur Baramidzenin ailəsi köçürülmə proqramı çərçivəsində vəsait alıb və 2020-ci ildən başqa yerə köçüblər. Təəssüf ki, fəlakət baş verən gün o, Tsoniarisidə olub və orada dünyasını dəyişib”, – Keda merinin birinci müavini İmeda Vasadze “Gürcüstan Xəbərlərinə”ə bildirib.
Tsoniarisi sakinlərinin dediyinə görə, Temur Baramidze həyat yoldaşı ilə birlikdə torpaq kütləsi sürüşən an dərhal evdən çıxıb, lakin kişi telefonu götürmək üçün geri evə qayıdıb və bu zaman ev sürüşmə nəticəsində torpağın altında qalıb. Xilasedicilər yol şəraitinin pis olması səbəbindən qəza yerinə vaxtında çata bilməyiblər.
Milli Ətraf Mühit Agentliyinin sənədinə əsasən, Acarada 129 yaşayış məntəqəsi yüksək təhlükə zonasında, 110 yaşayış məntəqəsi isə orta təhlükə zonasındadır.
Mütəxəssislərin fikrincə, Acarada təhlükəli geoloji prosesləri təhrik edən amillər arasında ən mühüm rol iqlim faktorunun payına düşür. Acarıa həddindən artıq yağıntılı bir bölgədir, bu da Qara Dənizin yaxınlığında yerləşməsi ilə əlaqədardır. İqlimin kəskin dəyişməsi və atmosfer yağıntılarının normadan artıq olması, leysan yağışların və qarın vaxtaşırı yağması təhlükəli geoloji proseslərin inkişafına dərhal təsir edir.