“Transavia” Tbilisi-Amsterdam istiqamətində birbaşa uçuşlar həyata keçirməyə başlayır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bu il aprelin 20-dən Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanında Niderland Krallığının aşağı büdcəli “Transavia” aviaşirkəti fəaliyyətə başlayacaq. Amsterdam-Tbilisi-Amsterdam reysləri həftədə iki dəfə, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

“Bu, Gürcüstan üçün çox vacib xəbərdir, çünki Hollandiya ölkəmizin turizm və aviasiya sənayesi üçün strateji məkandır. Biz Gürcüstanı tanıtmağa, ölkəmizin turizm potensialını Hollandiyada daha da və layiqincə təqdim etmək üçün marketinq kampaniyaları aparmağa, nəticədə daha çox avropalı turisti birbaşa uçuşlarla ölkəyə qəbul etməyə davam edəcəyik”, - deyə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin üç rübündə, yanvar-sentyabr aylarında Aİ ölkələrindən (Böyük Britaniya da daxil olmaqla) Gürcüstana 328 909 səfər həyata keçirilib. Onların arasında 12 065 ziyarətçi Hollandiyadan olub. Ötən ilin ilk üç rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Hollandiyadan gələnlərin sayı 33,8% (3048 ziyarət) artıb.

“Transavia” bazarda  1966-cı ildən fəaliyyət göstərən Hollandiyanın aşağı büdcəli aviaşirkətidir. Aviaşirkət “Air France KLM” qrupunun törəmə şirkətidir və hazırda parkında “Boeing” tipli təyyarələr var. Aviaşirkətin gəmiləri Hollandiya Krallığının, Fransanın və Almaniyanın hava limanlarında yerləşir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur