Tsalenjixa Bələdiyyəsinin Meriyası Jvari şəhərində Maqana çayı yaxınlığında yaşayan ailələrə bu gecə təhlükədən qaçınmaq üçün evlərindən uzaq durmaları barədə xəbərdarlıq edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jvari sakinləri çayda suyun axınının azaldığını müşahidə ediblər. Yerli sakinlər ehtimal edibər ki, vadidəki su birikmiş ola bilər.
Hökumət nümayəndələri vadinin bir hissəsini hava kamerası ilə yoxlayıblar, lakin Tsalenjixa şəhərinin meri Qiorqi Xarçilavanın sözlərinə görə, gecənin düşməsi səbəbindən Xoko vadisinin yuxarı hissəsinə baxış keçirmək mümkün olmayıb. Onun sözlərinə görə, sabahdan etibarən ərazinin tədqiqinə mütəxəssislər cəlb olunacaq.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər və Şərqi Gürcüstanın bəzi rayonlarında aramsız leysan yağışları olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək. Dənizdə 3-4 bal gücündə fırtına dalğası mümkündür.
Sentyabrın 9-dan havanın temperaturunun xeyli aşağı düşəcəyi, yüksək dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir.
Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
Sentyabrın 8-də güclü yağış nəticəsində Quriyada torpaq sürüşməsi baş verib, bir qoca və 2 uşaq həlak olub. Bir neçə ev dağılıb, infrastruktura ziyan dəyib. Quriyanın bir neçə kəndinin indiyədək xarici dünya ilə əlaqəsi kəsilib.