Tsxinvali qondarma vətəndaşlarına “sərhəd zonası”nda ticarət etmək hüququ verilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal altında olan Tsxinvali bölgəsinin qondarma vətəndaşlarına, 2 Avqust-30 Sentyabr tarixləri arasında qondarma sərhəd zonasında müəyyən iqtisadi fəaliyyət növlərinə icazə verilib. Bu barədə de-fakto Cənubi Osetiya Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Ayrıca, qeyd olunan dövrdə işğal altında olan Tsxinvali, Znauri və Axalqori rayonlarının sakinləri, müvafiq icazəni imzalamadan qondarma  sərhəd zonasında kənd təsərrüfatı məhsullarını alıb daşıya biləcəklər. Lakin, yuxarıda qeyd olunan məqsədlə sərhəd zonasına daxil olmaq üçün qeydiyyatdan keçmələri gərəkəcək:

“Sərhəd zonasına daxil olmaq üçün şəxsiyyəti müəyyən etmək, kənd təsərrüfatı işlərinin aparıldığı yeri, xarakterini və vaxtını dəqiqləşdirmək üçün pasportla Rusiya Federal Təhlükəsizlik Xidmətinin ən yaxın şöbəsinə getmək lazımdır”, - de-fakto qurumun bəyanatında deyilir. 

De-fakto hakimiyyətin izahatına görə, tədbir kənd təsərrüfatı işlərinin aktiv olduğu dövrdə əhali üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

İşğal olunmuş Tsxinvali bölgəsindəki sərhəd zonaları Gürcüstanın digər rayonları ilə həmsərhəd olan və sərhəd zonasının mühafizəsi rejiminin qüvvədə olduğu ərazilərdir. Adətən, Cənubi Osetiya ərazisində daimi yaşamayan de-fakto vətəndaşlar qondarma ərhəd zonasına daxil olmaq üçün işğal olunmuş Tsxinvalinin de-fakto təhlükəsizlik komitəsi tərəfindən verilən xüsusi icazə tələb olunur. Qondarma sərhəd zonasına icazəsiz daxil olma inzibati cərimə ilə cəzalandırılır.

Cənubi Osetiyanın de-fakto sərhəd xidmətinin  məlumatına görə, 2023-cü ilin ilk altı ayı ərzində “dövlət sərhədi”nin müxtəlif bölmələrində 185 qanun pozucusu həbs edilib. Onlardan 8-i qondarma dövlət sərhədinin, 86-sı dövlət sərhədi rejiminin, 91-i isə sərhəd rejiminin pozulması ilə bağlı ittiham olunurlar.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur