Cənubi Osetiyanın de-fakto Baş Prokurorluğu qondarma keçmiş daxili işlər naziri İqor Naniyevə qarşı istintaq başladıb. O,vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Ehtimal olunur ki, iş 28 yaşlı İnal Cabiyevin 2020-ci ilin avqustunda dindirilmə zamanı döyülərək işgəncələrə məruz qalmasından, sonra isə dünyasını dəyişməsindən gedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
De-fakto Baş Prokurorluğun məlumatına görə, Nəniyevə qarşı cinayət işi Cabiyevin ölüm faktı ilə bağlı aparılan istintaqdan ayrılıb.
28 yaşlı İnal Cabiyev 2020-ci il avqustun 27-də de-fakto daxili işlər naziri İqor Naniyevin xidməti avtomobilini güllə-baran etməkdə şübhəli bilinərək saxlanılıb. qondarma Prokurorluq iddia edib ki, avtomobil’ “Makarov” tipli tapançadan açılan bir güllə təsadüf edib. Atəş zamanı Naniyev və ya başqaları xəsarət almayıb. İnsidentlə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 277 və 222-ci maddələrinə əsasən, dövlət məmurunun həyatına təhlükə törətməyə cəhd və qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə ilə bağlı istintaq başladılıb. Həbsindən bir sonraki gün, avqustun 28-də İnal Cabiyev huşsuz vəziyyətdə müvəqqəti saxlama təcridxanasından xəstəxanaya aparılıb. O, özünə gəlmədən reanimasiyada dünyasını dəyişib. Mərhumun bədənində qançırlar, göyərmələr və döyülmə izlərini əks etdirən fotolar yayılıb. Ekspertizanın rəyinə görə, İnal Cabiyev “travma nəticəsində yaranan kəskin ürək çatışmazlığı” nəticəsində dünyasını dəyişib.
Cabiyevlə birlikdə saxlanılan Gersan Kulumbegov və Nikolay Çxovreboviç dindirmə zamanı işgəncəyə məruz qaldıqlarını təsdiqləyiblər. 2022-ci ilin iyul ayında qondarma Cənubi Osetiya Ali Məhkəməsi cinayətdə iştiraklarına dair sübutların olmaması səbəbindən onlara qarşı cinayət işini bağlayıb.
Cxinvalidəki kütləvi etirazlardan sonra qondarma Daxili işlər naziri tutduğu vəzifədən uzaqlaşdırılıb, 7 polisə qarşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
Cabiyevin ölümü ilə bağlı işin istintaqı hələ başa çatmayıb. Bu mövzu Amnesty International-ın 2022/23 İnsan Haqları Hesabatına daxil edilib. Beynəlxalq hüquq müdafiə təşkilatı həbsdə işgəncə ilə öldürülən Cabiyevin işinin səmərəli araşdırılmadığını yazır.