Türkiyənin Qara dəniz sahilindəki Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində azı 28 nəfər ölüb. Cümə günü saat 18:15 radələrində Amsara rayonundakı mədənlərdən birində 300 metr dərinlikdə partlayış baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Həmin vaxt mədəndə 110 nəfər var idi ki, onların da demək olar ki, yarısı “riskli” zonada, 300-350 metr dərinlikdə işləyirdi. Anadolu Agentliyinin məlumatına görə, 58 şaxtaçı xilas edilib. 11 yaralı xəstəxanaya çatdırılıb - altısı İstanbulda, beşi isə Bartında. Mövcud məlumata görə, onların həyatı üçün təhlükə yoxdur.
“Hazırda orada 15 şaxtaçının qaldığını düşünürük. Axtarış-xilasetmə xidmətləri onları xilas etməyə çalışır. 15 nəfərin harada olduğunu bilirik. Yanğının davam etdiyi yerdə 10-11 nəfər var. Bu böyük yanğın deyil. Onların təhlükəsizliyini təmin etmək üçün yanğın və dəm qazını aradan qaldırmaq lazımdır”, - Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz bildirib.
Partlayışın baş verdiyi mədən dövlət şirkətinə (Türkiye Taşkömürü Kurumu) məxsusdur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amsaraya səfərə hazırlaşır.
2014-cü ildə Türkiyənin qərbində, Somada kömür mədənində baş vermiş partlayışda 301 nəfər həlak olmuşdu.