Türkiyədə səslərin sayılması prosesi hələ başa çatmayıb, lakin böyük ehtimaldır ki, prezident seçkilərinin ikinci turu keçiriləcək. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan ilk turda qələbə qazanması üçün lazım olan 50%-dən çox səsi toplaya bilmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Anadolu” agentliyinin məlumatına görə, qutuların 99,31 faizi sayıldıqdan sonra Ərdoğan 49,41 faiz, onun əsas rəqibi, müxalifətin təqdim etdiyi namizəd Kamal Kılıçdaroğlu isə 44,96 faiz səs toplayıb.
Səhər saatlarında, Ankarada tərəfdarları qarşısında çıxış edən Ərdoğan nəticələrindən asılı olmayaraq, seçkidə Türkiyə və xalqının qalib gəldiyini bildirib.
“Mayın 14-ü seçici fəallığı baxımından ölkəmizin seçki tarixində rekordlardan biri oldu. Bütöv siyasi karyeramız boyu xalqın iradəsinə hörmətlə yanaşmışıq. Biz bu və bundan sonrakı bütün seçkilərdə seçicilərin fikrinə hörmətlə yanaşırıq. Bizim lehimizə səslər arasındakı fərq təxminən 2,6 milyondur, ona görə də biz hələ də birinci turda qələbəyə inanırıq, lakin xalq ikinci turun lehinə seçim edibsə, biz bu qərarı almağa hazırıq”, - Ərdoğan bildirib.
“Əgər xalq desə ki, ikinci tur olacaq, biz ikinci turda qalib gələcəyik. Cəmiyyətdə dəyişiklik istəyi 50%-dən çoxdur”, - deyə Kamal Kılıçdaroğlu jurnalistlərə bildirib.
Mayın 14-də Türkiyədə parlament seçkiləri də keçirilib. İlkin nəticələrə görə, Ərdoğanın “Ədalət və İnkişaf Partiyası” liderlik edir. İkinci yerdə sədrinin Kamal Kılıçdaroğlu olduğu “Türkiyə Xalq Cümhuriyyəti Partiyası”dır.
Rəcəb Tayyib Ərdoğan iyirmi ilə yaxındır ki, ölkəyə rəhbərlik edir. 2003-2014-cü illərdə baş nazir, 2014-cü ildən isə prezidentdir.
74 yaşlı Kamal Kılıçdaroğlu müasir Türkiyənin qurucu atası, Mustafa Kamal Atatürkün 100 il əvvəl yaratdığı partiyaya 2010-cu ildən rəhbərlik edir. O, “Respublikaçılar Partiyası” və altı partiyadan ibarət “Milli Alyans Bloku” tərəfindən prezidentliyə namizəd kimi irəli sürülüb. Bir neçə gün əvvəl Kılıçdaroğlu Rusiya hökumətini seçki kampaniyasına müdaxilə etməkdə ittiham edib, Kreml isə bunu təkzib edib.
Türkiyədə prezident seçkiləri 5 ildən bir keçirilir. Əvvəlki parlament seçkilərində 5 faizlik baryeri keçən partiyanın, yəni 100 min seçicinin prezidentliyə namizəd irəli sürmək hüququ var. Birinci turda səslərin 50%-dən çoxunu toplayan namizəd prezident olur, lakin heç bir namizəd səslərin əksəriyyətini qazanmazsa, ən yaxşı nəticə göstərən iki namizəd arasında ikinci tur keçirilir. Bu il, ikinci turun mayın 28-də keçirilməsi gözlənilir.
Prezident seçkiləri ilə birlikdə parlament seçkiləri də keçirilir. Seçicilər 600 deputatdan ibarət Ali Qanunverici orqanda öz nümayəndələrini proporsional sistemlə seçirlər.