Daxili İşlər Nazirliyi Mariam İaşvilini saxlayıb. O, iki gün əvvəl qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə həbs edilmiş hərbi bloqer Uça Abaşidzenin həyat yoldaşıdır. Mayın 9-da Abaşidzenin evində bir neçə saat ərzində vəkillər içəri buraxılmadan axtarış və istintaq hərəkətləri aparılıb ki, bu da müdafiə hüququnun məhdudlaşdırılmasıdır. Bu gün Uça Abaşidzeyə qarşı şəxsi həyat sirrini qanunsuz əldə etmək və saxlamaq maddəsi ilə də ittiham irəli sürülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Şəxsi həyatına, ümumiyyətlə, bu mövzuya aid kadrlara və səs yazılarına gəlincə, vəkillərə açıqlama verməmələri ilə bağlı xəbərdarlıq edilib və biz də müvafiq sənədi imzalamışıq. Hətta belə olmasa da, mən sizə Uça Abaşidzenin mövqeyini deyirəm - indiki mərhələdə bu, vəkillərin media ilə son ünsiyyətidir. İş həssas və əhəmiyyətlidir və buna görə də müdafiə strategiyasına indiki mərhələdə media ilə ünsiyyətin onun maraqlarına xələl gətirməməsi də daxildir”, - vəkil Qiorqi Maxaradze jurnalistlərə bildirib.
Mariam İaşvili bu gün saxlanılıb. Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərin şəxsi həyatının sirlərini, xüsusən də intim münasibətləri əks etdirən materialları qanunsuz əldə edib və saxlayıblar.
“Mariam İaşvilinin yaşadığı mənzildə gizli video-audio çəkiliş aparatları quraşdırılıb ki, bu da onun müxtəlif şəxslərlə intim əlaqəsinin qeyri-qanuni qeydini davamlı olaraq gizli şəkildə təmin edib. Cihazları qonaq otağının müxtəlif yerlərində, o cümlədən məişət əşyaları və məişət texnikasına quraşdırılıb. Bundan əlavə, Mariam İaşvilinin əlaqə məlumatları cinsi xidmətlər təklif olunan internet saytlarında yerləşdirilib. Müəyyən bir şəxslə razılıq və ya görüş bağlandıqdan və o, adıçəkilən mənzilə gəldikdən sonra təqsirləndirilən şəxs xüsusi quraşdırılmış cihazların köməyi ilə sistematik olaraq ondan qeyri-qanuni şəkildə intim münasibətlərin qeydlərini alıb və gizli saxlayıb”, - Teymuraz Kupatadze bildirib.
Uça Abaşidze və Mariam İaşvili yüzlərlə insanın şəxsi həyatının sirlərini ehtiva edən məlumatları qanunsuz əldə etməkdə və öz kompüter sistemlərində saxlamaqda ittiham olunurlar.
“İntim məzmunlu materialların olduğu faylların tədqiqi əsasında müəyyən edilib ki, onların arasında necə ki, Gürcüstan, eləcə də digər ölkələrin vətəndaşları var. Qeyd edək ki, sözügedən kadrlarda tanınmış şəxslər də var və çəkilişlər onların icazəsi olmadan aparılıb ki, müvafiq olaraq həmin insanların şəxsi həyat sirləri qeyri-qanuni şəkildə əldə olunub”, - Kupatadze qeyd edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 4-də Mərkəzi Kriminal Polis İdarəsi müxtəlif dövlət qurumlarının internet saytlarına kiberhücum faktları əsasında aparılan istintaq çərçivəsində Uça Abaşidze və Mariam İaşvilinin mənzillərində axtarış aparıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis Uça Abaşidzenin mənzilinə baxış zamanı mobil telefonlar, kompüter avadanlığı, kameralar, xarici yaddaş kartları, “vinçesterlər”, o cümlədən videoregistratorlar, dronlar, videomüşahidə kameraları, yaddaş kartları, səsyazma avadanlıqları, səs gücləndirici avadanlıqlar, optika və s. götürüb.
Nazirlik həmçinin Abaşidzenin mənzilindən saxlanılan şəxsin qanunsuz saxladığı odlu silah və hərbi təyinatlı müxtəlif xüsusi texnika və patronların götürüldüyünü açıqlayıb.
Ailənin sözlərinə görə, Uça Abaşidzenin rəsmi olaraq öz adına olan iki silahdan başqa, bütün silahlar oyuncaqdır. Daxili İşlər Nazirliyi bu gün açıqlayıb ki, ballistik ekspertizanın rəyinə əsasən, aşkar edilmiş silah və patronlar odlu silah və döyüş sursatları kateqoriyasına aiddir və istifadəyə yararlıdır.
Uça Abaşidzenin həyat yoldaşına gəlincə, Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Mariam İaşvilinin mənzilindən müxtəlif növ kompüter və texniki qurğular, həmçinin yaddaş kartları çıxarıblar.
Ailə üzvləri, o cümlədən Mariam İaşvili Uça Abaşidzenin həbsini onun rus qanunu əleyhinə aksiyalarda fəal iştirakı ilə əlaqələndiriblər. İstintaq təcridxanasında Abaşidze ilə görüşəndən sonra Xalq Müdafiəçisi polis tərəfindən psixoloji təzyiq və şifahi təhqir olunduğunu bildirib.