“Uçuş zamanı təhlükəsizlik qaydalarının pozulması” - “Su-25”in işi hərbi polis tərəfindən araşdırılır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Həlak olan pilot Kaxaber Zurabaşvili “Su-25”in fonunda

Hərbi polis Bolnisi bələdiyyəsi ərazisində “Su-25” hərbi təyyarəsinin qəzaya uğraması, Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu, polkovnik-leytenant Kaxaber Zurabaşvilinin həlak olması ilə bağlı araşdırma aparır. Müdafiə Nazirliyinin məlumatına görə, havaya qalxmazdan əvvəl təyyarə “tam yoxlanılıb”.

“Faciəli hadisənin tam araşdırılması üçün müvafiq xidmətlər tərəfindən bütün zəruri prosedurlar həyata keçirilir. Bu mərhələdə təyyarənin hissələri müəyyən edilib və qara qutu tapılıb. Həlak olan pilotun meyiti morqa aparılıb.

Hadisə ilə bağlı hərbi hava gəmisinin uçuşu zamanı təhlükəsizlik qaydalarını pozma faktı üzrə 401-ci maddə ilə iş qaldırılıb. İstintaq Baş Prokurorluğun prosessual nəzarəti altında hərbi polis tərəfindən aparılır.

İlkin araşdırmaya görə, uçuşdan əvvəl təyyarə texniki sənədlərin tələblərinə uyğun olaraq tam yoxlanılıb. Həmçinin, uçuşqabağı hazırlıq görülüb və əsasnamədə nəzərdə tutulmuş bütün prosedurlara əməl olunub”, - Müdafiə Nazirliyinin bu gün, iyulun 3-də yaydığı bəyanatda deyilir.

Cinayət Məcəlləsinin 401-ci maddəsi hərbi hava gəmisini idarə etmə və ya uçuşa hazırlaşma qaydalarının, yaxud onun istismarı qaydalarının pozulmasının insan ölümünə və ya digər ağır nəticələrə səbəb olmasını nəzərdə tutur. Cinayət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İyulun 2-də, saat 13:00 radələrində Bolnisi bələdiyyəsinin Disveli kəndi yaxınlığındakı tarlada müdafiə qüvvələrinə məxsus “Su-25” təyyarəsi qəzaya uğrayıb. Hadisədən az sonra bir neçə yerli sakin “Gürcüstan Xəbərləri” nə bildiriblər ki, təyyarə havada alovlanıb. Faciə hərbi bazanın yaxınlığında baş verib.

On ay əvvəl, 2023-cü ilin avqustunda Gürcüstanın Müdafiə Nazirliyi “Su-25” təyyarələrinin 7 ədədini təkmilləşdirdiyini açıqlamışdı. Sınaq uçuşlarında vitse-polkovnik Kaxaber Zurabaşvili və o vaxtkı müdafiə naziri Cuanşer Burçuladze də iştirak etmişdi. “Su-25”in təmir işlərini dövlət hərbi elmi-texniki mərkəzi  “Telta” və “Tbilaviamşen” həyata keçirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur