Bolnisi bələdiyyəsi ərazisində, Disveli kəndi yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb, nəticədə bir nəfər həlak olub. Bu barədə “Gürcüstan Xəbərləri”nə meriyanın nümayəndəsi Dimitri Modebadze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“O, Bolnisi inzibati ərazi vahidliyinin ərazisinə düşüb. Yaxınlıqda hərbi baza var, orada indi yalnız paraşüt hazırlığı məktəbi fəaliyyət göstərir. Məndə olan məlumata görə, Müdafiə Nazirliyinə məxsus “SU” tipli helikopter qəzaya uğrayıb, o, havada alışıb və yəqin ki, pilot kapitulyasiya edə bilməyib”, – Dimitri Modebadze deyir.
Hərbi təyyarə saat 13:00 radələrində hərbi bazadan 3 kilometr aralıda qəzaya uğrayıb.
Müdafiə Nazirliyi hadisədən bir neçə saat sonra təyyarə qəzası ilə bağlı məlumatı təsdiqləyib. Qurum aviasiya komponentinin iştirak etdiyi planlı hərbi təlim zamanı müdafiə qüvvələrinə məxsus təyyarələrdən biri olan “Su-25”in qəzaya uğradığını açıqlayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili həlak olub.
“Sözügedən hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq xidmətləri tərəfindən ətraflı araşdırma aparılır”, - Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
2023-cü ilin avqustunda Gürcüstan Müdafiə Nazirliyi 7 ədəd “Su-25” təyyarəsinin təkmilləşdirildiyini açıqlamışdı. İşlər “Telta” dövlət hərbi elmi-texniki mərkəzi və “Tbilaviamşen” tərəfindən həyata keçirilib.
“Su-25” Sovet İttifaqı dövründə “Sukhoi Dizayn” Bürosunda hazırlanmış bir yerlik reaktiv təyyarədir. “Su-25”in seriyalı istehsalına 1978-ci ildə Tbilisi Aviasiya Zavodunda başlanıb.