“Birinci Dünya Müharibəsi zamanı milyonlarla insan öldü. İkinci Dünya Müharibəsi on milyonlarla insanın həyatını məhv etdi. Üçüncü dünya müharibəsi olmayacaq. Bu trilogiya deyil. Ukrayna Rusiyanın torpaqlarımıza təcavüzünü dayandıracaq”. - Ukrayna Prezidenti Vladimir Zelenski 80-ci “Qızıl Qlobus” Mükafatlarının iştirakçılarına belə müraciət edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
10 yanvarın tarixində Los-Ancelesdə keçirilən tədbirdə Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi başlayandan bəri bir neçə dəfə Kiyevə səfər etmiş aktyor və rejissor Şon Penn Zelenskini təqdim edib.
Zelenski qeyd edib ki: “Qızıl Qlobus” mükafatı xüsusi bir zamanda, 1943-cü ildə təsis edilib - bu o vaxt idi ki, İkinci Dünya Müharibəsi hələ bitməmişdi, amma artıq hamı kimin qalib gələcəyini bilirdi.
“Bu gün 2023-cü ildir. Ukraynada müharibə hələ bitməyib, amma vəziyyət dəyişir və kimin qalib gələcəyi indi bəllidir. Qarşıda daha çox döyüşlər və göz yaşları olacaq, amma indi deyə bilərəm ki, keçən il kim daha yaxşı idi. Bu siz idiniz, azad dünyanın azad adamları. Onlar ki, azad Ukrayna xalqı üçün birlik oldular, azadlıq, demokratiya, həyat və uşaq sahibi olmaq hüququ uğrunda ümumi mübarizəmiz üçün birlik oldular”. - deyə bildirib Zelenksi və əlavə edib ki, bu, müharibə haqqında yalnız filmlərdən xəbərdar olan yeni nəsillər üçün olan döyüşdür.
Təxminən on bir ay əvvəl, 2022-ci ilin 24 fevral tarixində Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Prezident Vladimir Putin Ukraynaya qarşı Xüsusi hərbi əməliyyatın başlanmasının səbəblərindən biri kimi Ukraynanın NATO-ya üzv olmaq istəyini, “əməliyyat”ın məqsədləri olaraq isə Ukraynanın demilitarizasiya və denazifikasiyasını sadalayıb. Avqustun sonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO-ya üzv olmaqdan imtina etmək artıq Ukraynada müharibəni dayandırmaq üçün kifayət şərt deyil. 23-27 sentyabr tarixlərində Rusiya hökuməti Ukraynanın müvəqqəti işğal altında olan Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində “referendum” keçirib, 30 sentyabr tarixində isə bu rayonları Rusiyanın ərazi qurumları elan edib. Noyabrın 11-də Ukrayna Xerson ərazisinə nəzarəti bərpa edib.
2022-ci ilin payızında Rusiya ərzisində qismən səfərbərlik həyata keçirilib, onun çərçivəsində 300 min vətəndaş müharibəyə çağırılıb. Dekabrın əvvəlində Putin 155.000 döyüşçünün “əməliyyat yerində” olduğunu bildirib. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, yanvarın 15-də Rusiya daha 500 min nəfəri hərbi xidmətə çağırmaq məqsədi ilə yeni səfərbərlik elan edəcək.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bu günə qədər Rusiya 112 mindən çox əsgərini itirib. Prezident aparatının rəhbərinin müşaviri Mixailo Podoliak dekabrın əvvəlində Ukraynanın əsgər itkisinin 10 mindən 13 minə qədər olduğunu bildirib. Rusiya öz itkiləri ilə bağlı göstəriciləri nadir hallarda açıqlayır. Sentyabrın 21-də, səfərbərlik başlamazdan əvvəl müdafiə naziri Sergey Şoyqu fevral ayından bəri Ukraynada Rusiya ordusunun 5937 əsgərinin həlak olduğunu açıqlamışdı.