Fransada yaşayan gürcü rejissor, ssenarist və aktyor Nino Kirtadze Gürcüstanın Milli Kinematoqrafiya Mərkəzi ilə əməkdaşlığı dayandırıb və bundan sonra Kinoya Dəstək üzrə Avropa Şurası Fondu - “Eurimage”da Gürcüstanın nümayəndəsi olmayacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir çox şey bir-birinə qarışdı. Düşünürəm ki, sonda düzgün qərar verdim, çünki 4 illik işdən sonra kino mərkəzi ilə necə vidalaşmalı olduğumu gördüm. Əgər nepotizmi aradan qaldırdılarsa, onları öz adımdan təbrik edirəm”, - deyə rejissor “Formula” televiziyasına müsahibəsində bildirib.
“Mən, əvəzolunmaz insanların mövcüd olduğunu düşünmürəm. Bu, kino mərkəzinin bu gün nəyə ehtiyacı olduğuna, gələcək üçün kinonun inkişafı, birgə istehsal strategiyasının nə olduğuna bağlıdır. Yenidən təşkil olunandan sonra fəaliyyət göstərəcək kino mərkəzinin nə istəkləri var, bilmirəm. Məni dəyişə bilərlər, yol açıqdır və sonra görünəcək. Bu asan iş deyil. Bu, ciddi məsələdir, çox şey ondan asılıdır və gürcü kinosunun gələcəyi də bundan asılıdır.
Mənim nöqteyi-nəzərimdən bu islahat çox qəribə şəkildə başladı və onun məqsədinin nədən ibarət olduğunu bilmirəm, ancaq bunu yaxşılaşdırmaqdan başqa, tez-tez deyildiyi kimi - nepotizmi aradan qaldırmaq və kino sektorunu gücləndirməkdir. İstənilən halda, indiyə qədər gördüyüm insanlar işdən çıxarılır. Birlikdə işlədiyim adamların hamısı artıq yoxdur, mən xarici şöbədən danışıram.
Nə baş verdiyi barədə təsəvvürüm yoxdur. Heç kim məndən soruşmadı ki, bu barədə nə düşünürəm, nəyi problem görürəm və hansı inkişafı arzulayardım. Mən başa düşmürəm, əksər insanlar kimi, bunun hara getdiyini başa düşmürəm. Ümid edirəm ki, onlar nə etdiklərini bilirlər və yaxşı bir iş görsələr, onlara həqiqətən uğurlar arzulayıram, amma bu vəziyyətdə öz yerimi görmürəm”, - Nino Kirtadze deyir.
Rejissorkinomərkəz əməkdaşlarının və kinematoqrafçıların etirazı fonunda, onların işdən çıxarılması barədə, iyulun 11-də kino mərkəzinə müraciət edib. Ərizə iki gün sonra, iyulun 13-də təmin edilib.
Sonradan məlum olduğu kimi, Kino Mərkəzində elan edilən bir aylıq yenidənqurma prosesində Nino Kirtadzenin ştatdankənar vəzifəsinin ləğv edilərək tam ştat vahidinə keçirilməsi nəzərdə tutulurdu. Kino Mərkəzindən bildirirlər ki, yeni yaradılan ştat vahidi üçün müsabiqə elan edilməli idi ki, bu da Kirtadzenin “müvəqqəti işdən azad olunması”na səbəb olacaqdı. “Yəqin ki, açıq konkurs qaydası da onun üçün qəbuledilməz idi, çünki “Eurimage”də Gürcüstanın nümayəndəsi vəzifəsinə müsabiqəsiz, cənab Qaqa Çxeidzenin qərarı ilə təyin edilib”, - Kino Mərkəzi Nino Kirtadze ilə bağlı bəyanatında yazır.
Kirtadzenin sözlərinə görə, o, həm Kino Mərkəzi, həm də xarici tərəfdaşlar üçün ən əlverişli vaxtda vəzifəsini tərk edib: “Yaydır. Bu, sessiyada, filmlərin müzakirəsi zamanı bu baş vermir. Fikrimcə, bütün istiqamətlərdə öz töhfəmi verdim - məni azad etməyə belə ehtiyac olmadı, özüm getdim, topu da, meydanı da təhvil verdim. İndi başa düşürəm ki, mən nepotizm nümunəsiyəm. Mənə təklif olunanlar texniki cəhətdən mümkün deyil. Mən ştatda olmaq istəmirəm. Bu status mənim kimi əsas işi rejissorluq olan biri üçün texniki problem yaradır. Mən Fransa Kino Mərkəzi ilə əməkdaşlıq edirəm və dördüncü ildir ki, münsiflər heyətindəyəm, lakin bu, tam ştatlı müqavilə deyil”.
Nino Kirtadzenin Milli Kino Mərkəzi ilə müqaviləsi 2024-cü ildə başa çatacaqdı. O, 2019-cu ildən “Eurimage”də Gürcüstan təmsilçisidir.
Mədəniyyət Nazirliyinin tabeliyində olan agentlik olan Milli Kino Mərkəzinin yenidən təşkili iyunun 12-də elan edilib və iyulun 12-də başa çatıb. Prosesdə onlarla işçi işdən azad olunub. Maliyyə resurslarının optimallaşdırılması bəhanəsi ilə müxtəlif vəzifələr, o cümlədən direktor müavinləri vəzifələri ləğv edilib. Əvəzində “Gürcü Arzusu” təbliğat telekanalı, POS TV-nin aparıcısı Baço Odişaria təyin olunduğu film istehsalı departamentinin rəis müavini vəzifəsi yaradılıb.
Kino Mərkəzi əməkdaşlarının bir hissəsi bir aydır etiraz aksiyaları keçirirdi. Onlar yenidən təşkilin dayandırılmasını və kino mərkəzinin direktorunun müsabiqə yolu ilə seçilməsini tələb edirdilər. Sənətçilər hesab edir ki, Mədəniyyət Nazirliyi hələ də müstəqil olaraq qalan Kino Mərkəzini özünə tabe etməyə, kinoda senzura tətbiq etməyə çalışır.
Yenidənqurma başlamazdan xeyli əvvəl, 2022-ci ilin martında 2005-2018 və 2019-2022-ci illərdə Kino Mərkəzinin direktoru olmuş Qaqa Çxeidze mədəniyyət naziri Tea Tsulukianinin əmri ilə tutduğu vəzifədən azad edilib. Nazirlik onun işdən çıxarılmasına əsas kimi Çxeidzenin fəaliyyətinin yoxlanılması nəticəsində aşkarlanan qanun pozuntularını göstərir. Qaqa Çxeidze Tsulukianinin əmrindən məhkəməyə şikayət edib.