Ukrayna, Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və onun direktoru Tamaz Qaiaşviliyə sanksiyalar tətbiq edib. Sanksiya tətbiq edilən şəxslərin siyahısını genişləndirmək barədə qərarı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bu gün, iyulun 1-də qəbul edib və prezident Volodimir Zelenskini sərəncamı ilə bunu təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya ilə əlaqələrə və Ukraynaya qarşı müharibəyə görə ümumilikdə 190 fiziki şəxs və 290 şirkətə sanksiya tətbiq olunub. Sanksiyalar onların aktivlərinin bloklanması, ticarət əməliyyatlarının tam dayandırılması, Ukrayna ərazisinə uçuşların qismən və ya tam qadağan edilməsi, lisenziyaların ləğvi, mal və ya geyim alınmasının qadağan edilməsi və s. nəzərdə tutur. Zelenskinin sərəncamı dərc edildikdən dərhal sonra qüvvəyə minib.
Sanksiya tətbiq olunanadək Tamaz Qaiaşvili və “Georgian Airways” də sanksiya riski ilə üzləşənlər arasında olub. Onlarla bağlı məlumatlar Ukrayna Xarici İşlər Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin dəstəyi ilə yaradılmış “Müharibə və Sanksiyalar” portalında dərc edilib:
- Tamaz Qaiaşvili - “Georgian Airways” aviakompaniyasının direktoru, “Pilot” MMC-nin sahibi və Ermənistan Hava Yollarının (Air Dilijans) təsisçisi. “Air Dilijans” Rusiyaya uçuşları dayandırmayıb və “Georgian Airways”ə xidmət göstərib. 2019-cu ildən Tamaz Qaiaşvili Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin bərpası ideyasını fəal şəkildə dəstəkləyib. O, Bidzina İvanişvilinin adamı kimi mövqeləndirilib.
- “Georgian Airways” aviaşirkəti - Gürcüstanın flaqman aviadaşıyıcısıdır. O, paytaxt Tbilisinin hava limanında yerləşir. Özəl aviaşirkə,t Gürcüstandan, əsasən Avropa və Yaxın Şərqdəki hava limanlarına uçuşlar həyata keçirir. 1994-cü ilin sentyabrında “Airzena” adı ilə yaradılmışdır. “Georgian Airways” tamamilə özəl şirkətdir, onun səhmlərinin 80%-i Davit Qaiaşviliyə məxsusdur. Onun orta məsafəli “Boeing 737” və “CRJ” təyyarələrindən ibarət müasir parkı var. Aviaşirkətin əsas bazası Tbilisi Beynəlxalq Hava Limanı, direktoru isə Tamaz Qaiaşvilidir.
20 may 2023-cü il tarixində “Georgian Airways” Tbilisi-Moskva istiqamətində birbaşa uçuşlar həyata keçirmək üçün icazə alıb və uçuşlar; həyata keçirməyə başlayıb. Bu qərara görə, Gürcüstan prezidenti Salome Zurabişvili onu boykot edib, o hesab edir ki, şirkət varlanmaq üçün yaranmş vəziyyətdən istifadə edir. Cavabında, Tamaz Qaiaşvili Zurabişvilini “persona non qrata” elan edib və gürcü xalqından üzr istəməyincə onu təyyarəyə göyərtəsinə buraxmayacağını bildirib.
“Müharibə və Sanksiyalar” portalında oxuyuruq ki, aviaşirkətin “nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə aktivləşdirməyə və sadələşdirməyə yönəlmiş fəaliyyəti, o cümlədən Gürcüstandakı rus biznes nümayəndələrinin sanksiyalardan yayınmasının yeni sxeminin yaranması riskini doğurur və rus biznesinin Gürcüstan iqtisadiyyatına inteqrasiyasını artırır.
Sanksiya riski altında olanlar sırasında Tamaz Qaiaşvilinin qardaşı Davit Qaiaşvili və Gürcüstan hava limanlarında Rusiya aviaşirkətlərinə xidmət göstərən “Aero Handling Georgia” MMC də var.
Hələlik nə Tamaz Qaiaşvili, nə də onun şirkəti Ukraynanın tətbiq etdiyi sanksiyaları şərh etməyib.