“Gürcü Arzusu”nun qurucusu və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili bildirir ki, Rusiya Ukraynada müharibəyə başladıqdan bu yana o faktiki olaraq sanksiyaya məruz qalıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vəkillərim bir neçə dəfə bildiriblər ki, mən artıq sanksiya olunmuşam. Mən faktiki olaraq ən kobud üsullarla, kobud yollarla, qanundan kənar de-fakto sanksiyaya məruz qalmışam.
Ukraynada müharibə başladıqda, bir ay ərzində bütün aktivlərim dondurulub və məni məhkəməyə verirlər. Əslində, mənə sanksiya tətbiq olunub və ona görə də müxalifət boş yerə narahat olub, qapıları sındıraraq, sanksiya tətbiq edin, sanksiya tətbiq edin deyir.
sanksiya olunmuşam, amma çox yaxşıyam, hər şeydən kifayət qədərim var. Baxın, mən ölkəyə kömək etmək üçün siyasətə qayıtdım”, - İvanişvili “Gürcü Arzusu” qurultayından sonra mediaya açıqlamasında deyib.
Dekabrın 30-da Bidzina İvanişvili yenidən siyasətə qayıtdığını bəyan edib. Partiyanın qurultayında o, “Gürcü Arzusu”nun fəxri sədri olacağını bildirib. İvanişvili siyasətə qayıtmağın səbəbi kimi bu gün Gürcüstanın çətin sınaqlarla üzləşməsini və hökumətin kiçik bir səhvinin belə ölkəyə çox baha başa gələ biləcəyini göstərib. Onun sözlərinə görə, müxalifət tamamilə məhv olduqda iqtidar komandasında risklər, o cümlədən korrupsiya riskləri artır və o, ağırlıq mərkəzinin missiyasını yerinə yetirəcək.
İvanişvili siyasətə qayıtmaq qərarına səbəbin beynəlxalq sanksiyalar qorxusunun olub-olmaması ilə bağlı suala belə cavab verib: “Mənim bundan qorxum yoxdur, çünki mənə uzun müddətdir ki, sanksiya olunmuşam və niyə açıq qapıları sındırırsınız?. Vaxt gələcək və mən də ictimaiyyətə çıxıb cəmiyyətə daha çox məlumat verəcəyəm. Bu gün siyasi məqsədəuyğunluğa görə bundan artıq danışmağa ehtiyac görmürəm”.
İvanişvili izah edib ki, o, baş nazirliyə namizəd olmayacaq və hökumətdə heç bir dəyişiklik nəzərdə tutulmur.