Daha bir gürcü döyüşçü, 40 yaşlı Qurgen (Quqa) Qaqnidze Ukraynada ölüb. O, Donetsk vilayətində Baxmut yaxınlığında Rusiyanın özəl “Vaqner” hərbi şirkəti tərəfindən mühasirəyə alınıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qurgen Qaqnidze Ukrayna Silahlı Qüvvələrinin 25-ci Hava Desant Döyüş Briqadasında xidmət edib və 20-ci komandir olub. Onun cənazəsi bu gün Kiyevə aparılacaq.
“Bu gün Baxmut rus elit qruplarının ən böyük qrupuna malikdir. Quqa bu qeyri-bərabər döyüşdə pusquya düşdü və qəhrəmancasına həlak oldu”, - Ukraynada döyüşən gürcü könüllü Nadim Xmaladze deyir.
Ruslar səkkiz aydır Baxmut şəhərini tutmağa çalışırlar. Oktyabrın 26-da Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ən ağır döyüşlər Donetsk vilayətində Baxmut və Avdiivka istiqamətində gedir. Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat bölməsinin rəhbəri Kirill Budanovun sözlərinə görə, hərbi baxımdan Baxmut Sloviansk, Kramatorsk və Çasov-Yar kimi şəhərlərə yol açdığı üçün mühüm yerdir.
Rusiya Ukraynada müharibəyə 24 fevral 2022-ci ildə başlayıb və bu günə kimi davam edir. Bu müddət ərzində Ukraynada iyirmi dörd gürcü döyüşçü həlak olub:
- Qurqen (Quqa) Qaqnidze - Donetsk vilayəti, Baxmut, 2022-ci ilin oktyabr ayı
- Aleksandre Martiaşvili – Xerson, 2022- ci ilin oktyabr ayı
- Mixeil Kaplanişvili – Luqansk vilayəti, 2022- ci ilin oktyabr ayı
- Edişer Kvaratsxelia – Donetsk vilayəti, 2022- ci ilin oktyabr ayı;
- Gela Gogia – Donetsk vilayəti, 2022-ci ilin avqust ayı;
- Berdia Coxadze – Xerson vilayəti, 2022-ci ilin avqust ayı
- Kaxa Qoqoli - Luqansk vilayəti, 2022-ci ilin iyul ayı;
- Aluda Zviadauri - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
- Kirile Şanava - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
- Daniel Gerliani - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
- Giorgi Grigolia - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
- Rati Şurğaya – Xarkov vilayəti, İzyum, 2022-ci ilin may ayı;
- Telman (Tato) Bigvava – Donetsk vilayəti, Mariupol, “Azovstal”, 2022-ci ilin may ayı;
- Vitali Orbeladze – Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
- Zaza Bitsadze – Luqansk vilayəti, 2022-ci ilin aprel ayı;
- Alika Tsaava - Luqansk vilayəti, 2022-ci ilin aprel ayı;
- Arkadi Kasradze - Luqansk vilayəti, Rubejnoye, 2022-ci ilin aprel ayı;
- David Menabdişvili – Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
- Nika Şanava - Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
- David Gobecişvili – Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
- Baxva Çikobava – Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
- David Ratiani - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
- Gia Beriaşvili - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
- Oleq Gegeçkori - Kiyev vilayəti, 2022-ci ilin mart ayı.