Rusiya-Ukrayna müharibəsində daha bir gürcü, 23 yaşlı İliya Çoxeli həlak olub. O, əslən Dedoplistskaro rayonunun Zemo Kedi kəndindən olub.

İlya Çoxeli martın 16-da Baxmutda həlak olub. O, Rusiya tərəfindən müharibənin başlanıldığı ilk günlərdən Ukraynada döyüşüb.

İlya Çoxelinin babası və nənəsi Zemo Kedi kəndində, atası isə Tiflisdə yaşayır. İlyanın ukraynalı anası var imiş və bir neçə il əvvəl vəfat edibmiş.

İlya Çoxeli Xarkovda hərbi akademiyada təhsil alıbm və son illərdə Ukraynada yaşayıb. Gürcü döyüşçü martın 18-də dəfn edilib.

24 fevral 2022-ci ildə Rusiyanın Ukraynada başlatdığı müharibə artıq 37 gürcü döyüşçünün həyatına son qoyub:

  1. İlya Çoxeli - Baxmut, mart 2023;
  2. Mixeil Tevdoradze - Baxmut, Donetsk vilayəti, dekabr 2022;
  3. Badri Markelia - Baxmut, Donetsk vilayəti, dekabr 2022;
  4. Romeo Kvaratsxelia - Baxmut, Donetsk vilayəti, dekabr 2022;
  5. Romeo Piçxaia - Baxmut, Donetsk vilayəti, dekabr 2022;
  6. Merab Aladaşvili - Baxmut, Donetsk vilayəti, dekabr 2022;
  7. Avto Rurua - Baxmut, Donetsk vilayəti, dekabr 2022;
  8. Jaba (Cambulat) Xoperia - Kiyev vilayəti, dekabr 2022;
  9. Konstantine Kursua - Kiyev vilayəti, noyabr 2022;
  10. Levan Saxelaşvili - Baştanka, Nikolayev rayonu, noyabr 2022;
  11. Qurqen (Quqa) Qaqnidze - Donetsk vilayəti, Baxmut, oktyabr 2022;
  12. Aleksandre Martiaşvili - Xerson, oktyabr 2022;
  13. Ernest Maçaraşvili - Xerson, oktyabr 2022;
  14. Mixeil Kaplanishvili - Luqansk rayonu, oktyabr 2022;
  15. Edişer Kvaratsxeliya - Donetsk vilayəti, oktyabr 2022;
  16. Ruslan Bayramov - Nikolayev rayonu, oktyabr 2022;
  17. Gela Gogia - Donetsk vilayəti, avqust 2022;
  18. Berdia Jokhadze - Xerson rayonu, avqust 2022;
  19. Kaxa Qoqol - Luqansk rayonu, iyul 2022;
  20. Aluda Zviadauri - Luqansk rayonu, iyun 2022;
  21. Kirile Şanava - Luqansk rayonu, iyun 2022;
  22. Daniel Qerlian - Luqansk rayonu, iyun 2022;
  23. Qiorqi Qriqolia - Luqansk rayonu, iyun 2022;
  24. Rati Şurqaia - Xarkov rayonu, İzium, may 2022;
  25. Telman (Tato) Bigvava - Donetsk vilayəti, Mariupol, "Azovstal", may 2022;
  26. Vitali Orbeladze - Xarkov rayonu, İzium, aprel 2022;
  27. Zaza Bitsadze - Luqansk rayonu, aprel 2022;
  28. Temur Maçaraşvili - Zaporojye rayonu, aprel 2022;
  29. Alika Tsaava - Luqansk rayonu, aprel 2022;
  30. Arkadi Kasradze - Luqansk rayonu, Rubejnoe, aprel 2022;
  31. Davit Menabdişvili - Xarkov rayonu, İzium, aprel 2022;
  32. Nika Şanava - Xarkov rayonu, İzium, aprel 2022;
  33. Davit Qobejişvili - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci il mart;
  34. Baxva Çikobava - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci il mart;
  35. Davit Ratiani - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci il mart;
  36. Qia Beriaşvili - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci il mart;
  37. Oleq Qeqeçkori - Kiyev vilayəti, 2022-ci ilin martı;
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur