“Ukraynanı qorxutmaq mümkün deyil. Əvəzində daha da birləşdik. Ukraynanın qarşısını almaq mümkün deyil. Biz daha çox əmin olduq ki, terrorçuları zərərsizləşdirmək lazımdır”, - deyə Ukrayna prezidenti Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə irimiqyaslı raket hücumlarından sonra bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Volodimir Zelenskinin sözlərinə görə, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri “terrorçulara xas olan taktikalar”la hava hücumlarını xüsusi olaraq səhər pik saatlarında həyata keçirib, çünki onlar daha çox qorxu yaratmaq və daha çox insana zərər vermək istəyirdilər.
“Terrorçuların liderləri deyirlər, sanki bütün nəzərdə tutulan hədəfləri vurdular. Birincisi, həmişə olduğu kimi, yalan danışırlar. İkincisi - həmişə olduğu kimi, yalan danışırlar. Enerji obyektlərinə əlavə olaraq, onların həqiqi hədəflərinə baxın. Paytaxtımızın timsalında bir misala baxın. Mənim dayandığım yerdə Kiyevin dörd yol ağzıdır, Vladimirski küçəsi ilə Şevçenko bulvarının kəsişməsidir. Budur hədəf. Buradan 700 metr aralıda Müqəddəs Sofiya Kafedralının zəng qülləsi yerləşir. O, var olanda hələ Moskva heç yox idi. Bir az aralıda Vladimirski təpəsidir, Şərqi Avropa üçün xristianlığın və mədəniyyətin mənbəyinə çevrilmiş yer, xüsusən də sonralar Rusiya adlanan ərazi üçün.
Mənim yanımda Şevçenko Universitetinin binaları var. Tezliklə 190 illiyini qeyd edəcək. O, rusların zərbəsi nəticəsində zədələndi, amma biz hər şeyi yenidən quracağıq. Müəllimin evinə də ziyan dəyib. Vaxtilə orada Ukraynanın Mərkəzi Şurası işləyirdi. Ukraynalılar üçün bu yer həmişə dövlətimizin şanlı quruculuğunun xatirə məkanı olacaq. Birbaşa mənim arxamda Şevçenko parkının uşaq meydançası var, o da Rusiya raketinin hədəfi idi, lakin bu, təkcə Şevçenko parkı deyil. O, Kiyevin əsas muzey küçələrindən birində yerləşir. Xüsusilə də terrorçuların bu hücumu nəticəsində Xanenko İncəsənət Muzeyinə ziyan dəyib. Bu, dövlətimizin bütün şəhərlərində - mülki, mədəniyyət, təhsil obyektlərində belədir. Bütün bunlarla kim mübarizə apara bilər? Belə obyektlərə, belə yerə dəyməyə kim sevinə bilər?
Onlar Ukraynanı 18-ci əsrə qaytarmaq istədiklərini deyirlər, lakin özlərini daha əvvəlki dövrə - vəhşilər dövrünə atıblar və kifayət qədər şüurlu şəkildə belə biriləri olublar. Ukrayna 21-ci əsrdə qalacaq.
Kiyev çoxlu əcnəbi görüb və hamısından sağ çıxıb. Tarixi, ənənəsi, mədəniyyəti olmayan terrorçuların bu hücumundan da sağ çıxacaq. Onlar keçicidir. 70 il yaşasalar belə, yenə də heç nə başa düşə bilmirlər”, - deyə Zelenski videomüraciətində bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, ölkənin hər yerində bərpa işləri gedir və dünən “rus terrorçuları” tərəfindən zədələnmiş hər şey bərpa olunacaq.
Oktyabrın 10-da səhər saatlarında Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə raket zərbələri endirib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yenilənmiş məlumatlarına görə, Rusiya 84 qanadlı raketdən və 24 pilotsuz uçuş aparatından, o cümlədən 13 İranın “Şahed-136” PUA’larından istifadə edib. Partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 70-dən çox insan yaralanıb. 70 obyektə ziyan dəyib, onlardan 29-u kritik əhəmiyyətə malikdir. İstilik stansiyalarının və elektrik yarımstansiyalarının bombalanması səbəbindən Ukrayna öz enerji sistemini stabilləşdirmək üçün Avropaya elektrik enerjisi ixracını dayandırıb. Prezident Zelenski əhalini elektrik enerjisindən ağıllı istifadə etməyə çağırıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin son məlumatına görə, dünən raket hücumları nəticəsində 19 nəfər ölüb, 105 nəfər yaralanıb və ya xəsarət alıb.