“Gürcü Arzusu”nun deputatı Nino Tsilosani parlament tribunasından prezident Salome Zurabişvilini tənqid edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məni həqiqətən narahat edən o idi ki, [Salome Zurabişvili] xarici nəşrlərdən birinə müsahibə verib və Gürcüstanın Ukrayna və Moldovaya çatmağa çalışmalı olduğunu deyib.
Biz nədə yetişməliyik, xanım Salome? Müharibədə Ukraynaya çatmalıyıq, yoxsa “MDB” üzvlüyündə Moldovaya? Nədə çatmalıyıq?
Avropa Komissiyasının hesabatları da Gürcüstanın istər bu üçlükdə olsun, istərsə də hər hansı digər namizəd və ya assosiasiya müqaviləsi imzalamış ölkələr arasında seçilən ölkələrdən biri olduğunu təsdiqləyir,”, - deyə Tsilosani bildirib və qeyd edib ki, Gürcüstan “düzgün islahatlar aparır və ən yaxşı qiymətləndirmələrə malikdir”.
Tsilosani çıxışı zamanı “qondarma prezident” adlandırdığı Salome Zurabişviliyə müraciət edərək, onu ilk öncə ölkəsinə hörmət etməyə və “şəxsi maraqlarını” sonraya saxlamağa çağırıb.
Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir neçə nüfuzlu nəşrə müsahibə verib. O, “EURACTIV”ə bildirib ki, Gürcüstan Aİ-yə üzvlük yolunda daha da irəliləyən Ukrayna və Moldovaya çatmağa çalışır.
“Oktyabrda seçkilərimiz olacaq. Biz seçkilərə qədər hansı addımların atılacağını və onların necə aparılacağını anlayırıq - bunların hər ikisi üzvlük danışıqlarının başlanması istiqamətində növbəti addımın atılması üçün çox vacib olacaq. Plan əlaqəli üçlüyün iki tərəfdaşı olan Ukrayna və Moldovanı yaxalamaqdır. Əgər nəticələr [Avropa] Komissiyanın verdiyi doqquz tövsiyəyə uyğun olaraq əldə edilərsə, bu, çox yaxşı əlamət olacaq”, - Zurabişvili bildirib.
2023-cü ilin dekabrında hökumətin 9 istiqamətdə addımlar atacağı qeyd-şərti ilə Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verilib. Bundan əlavə, Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Əlaqədar üçlüyün bu iki ölkəsi, Gürcüstandan fərqli olaraq, namizəd ölkə statusuna 2022-ci ilin iyunundan malik idi.