“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze palçıq kütləsi altından sağ çıxan Davit Jeladzenin onun bacsı uşaqlarından biri, 6 yaşlı Maşonu Şovidə, təbii fəlakət zonasının düz ortasından, belinədək palçığa bataraq qarşı tərəfə, nisbətən təhlükəsiz əraziyə necə apara bilməsi ilə bağlı hekayəsini spekulyasiya adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Uşaqlardan birinin 3 saat ərzində palçıqla mübarizə apardığına dair spekulyasiyalar, dezinformasiyalar yayılıb, bu təsəvvürə gətirilə bilinməyəcək yalandır. Orada proseslərin bu cür inkişafı sadəcə olaraq mümkün deyildi. Fəlakət dərhal baş verdi və təəssüf ki,
Palçıq kütləsinin çatdığı insanların sadəcə olaraq xilas olmaq şansları yox idi. Fəlakətlə üç saat mübarizə aparan biri haqqında danışmaq boş yalandır.
Bir sahildən o biri sahilə keçmək nəyə lazım idi, bilmirəm, təbii ki, o sahildə qalmaq daha təhlükəsiz idi, çox adamlar orada qalıb sağ qalmağı bacardılar.
Səhərisi gün biz həmin ərazidə idik və ora keçmək demək olar ki, mümkün deyildi. Ona görə də bütün bunlar yoxlanılmalıdır.
Bu fotoya gəlincə, bilmirəm, təfərrüatları dəqiqləşdirmək lazımdır, sadəcə olaraq, bir sahildən digərinə niyə və ya necə keçmək olar, bilmirəm, gəlin bütün bunları aydınlaşdıraq”, - deyə Kobaxidze bildirib.
Hakim partiya sədrinin sözlərinə görə, kimin palçıq altında qalıbsa, xilas olunmaq şansı olmayıb.
“Əlavə resurslardan istifadə edilsəydi, daha çox insanın xilas ola biləcəyinə dair çoxlu spekulyasiyalar var ki, bu da, sadəcə həddindən artıq spekulyasiyadır. Fəlakətin baş verdiyi bu məkanı görənlər və yerdəki vəziyyətlə tanış olanlar mənimlə tamamilə razılaşacaqlar ki, əgər əlavə resurslardan istifadə edilsəydi, bir orada daha çox insanı xilas etmək bir sadə səbəbə görə mümkün deyildi - ani bir fəlakət oldu və palçıq kütləsi dərhal, çox yüksək sürətlə axdı.
Təəssüf ki, palçı kütləsi altında qalanların xilas olunmaq şanslarıı yox idi.
İnsan palçıq kütləsi altında nə qədər qala bilər? Burada söhbət, əlbəttə ki, dəqiqələrdən gedir.
Palçı materialları altından sağ çıxanların hamısının şəxsiyyətinin müəyyənləşdirilməsi axşama qədər mümkün idi. İlk saatlarda Daxili İşlər Nazirliyinin, xilasetmə xidmətinin hər şeyi yerində görmək, müəyyən etmək imkanı olub və reallıq o idi ki, çox təəssüf ki, palçıq kimə çatıbsa, faktiki olaraq onu xilas etmək mümkün olmayıb, ərazidən bu palçıq kütləsi kimə çatmadısa, o qaça bildi”.
Daxili işlər naziri bu gün növbəti dəfə təbii fəlakətin baş verdiyi ilk gecədə helikopterlərin fəaliyyətini dayandırmasaydı, daha çox insanı xilas etmək olardı deyə açıqlamalara münasibət bildirib.
“Gün işığında bütün əraziyə baxış keçirildi, çıxarılacaq xəsarət alan yox idi və biz dayandıq. Hətta helikopter xilasedicilərin etdiklərini edə bilməsəydi, bir daha bu adamların sayəsində, oğlanlar içəri girərdilər və heç bir yaralı yox idi, yaralı, palçığa batmış, zədələnmiş kimsə olsa idi, onları mütləq çıxarardılar. Əgər bir nəfər xəsarət almış olsa və ortada, episentrdə olsa və onu çıxarmaq mümkün olmasa idi, pilotlar, risk edib, ora uçub bu şəxsi çıxara bilərdilər. Yer enəndə görünmürdü, yuxarıdan heç kim görünmürdü ki, kimsə ya kömək istəyirdi, ya da nəsə baş verirdi, hələ gündüz idi”, - deyə Qomelauri bildirib.
Daxili işlər naziri Raçada dağıdıcı sürüşmə nəticəsində 24 cəsədin tapıldığı, 9 nəfərin axtarışlarının hələ də davam etdiyi təbii fəlakətin yalnız 11-ci günündə peyda olub. Nazir ağır xəstə olan atasının müalicə üçün aparıldığı Türkiyədən Gürcüstana dünən qayıtdığını bildirib. Avqustun 3-də Buba dağından şürüşən palçıq uçqunu Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb və insanların ölümünə səbəb olarkən xilasetmə əməliyyatı üç saat gec başlayıb.