“Gürcü Arzusu”nun rus qanununa dəstək məqsədilə təşkil etdiyi “ümumi yığıncaq”da Tbilisi meri və hakim partiyanın baş katibi Kaxa Kaladze Qərb əleyhinə bəyanatlarla çıxış edib. Onun hədəfi vətəndaş cəmiyyəti olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Son bir neçə həftə bir daha təsdiqlədi və bizə göstərdi ki, “engeolar”a ayrılan vəsaitin 90%-dən çoxu Gürcüstanda agentliyin gücləndirilməsinə xidmət edir. Məlum olub ki, kənd təsərrüfatına, məhdud fiziki imkanlı şəxslərə qulluq və ya Qafqaz evinə sərf edildiyi deyilən vəsaitin ən böyük hissəsi belə boş yerə xərclənməyib.
Lazım olan kimi bütün bu “engeoları” bir yerə toplayıb milli maraqlara qarşı çıxdılar.
...Bizə sübut edirlər ki, “engeolar”ın Gürcüstanda istədikləri qədər inqilablar təşkil etməyə cəhd etmək hüququ var və biz onların pullarının mənşəyini belə soruşmamalıyıq.
Əgər onlar inqilabı bir daha planlaşdırsalar, belə çıxır ki, gürcü xalqı heç bilməməlidir ki, vəsaitlər haradan gəlir və sözügedən inqilabı kim maliyyələşdirir.
Bizə gürcülərə birbaşa deyirlər ki, bizim işimiz yoxdur və bizim ölkəmizdə psevdoliberal təbliğatı, pravoslav kilsəsinə hücumları, narkotik təbliğatını, radikalizmi, ölkəni dağıtmaq cəhdlərini kimin maliyyələşdirdiyini bilməyə haqqımız yoxdur. Bizə deyirlər ki, gürcü xalqı bunu bilməməlidir, amma biz heç bir halda buna imkan verməyəcəyik.
“Engeolar” və LGBT təbliğatı ilə bağlı qanunların qəbulu uğrunda hazırkı mübarizəmiz əslində iki qanunun qəbulu uğrunda mübarizə deyil. Bu, Gürcüstanın suverenliyini, milli kimliyini və maraqlarını qorumaq üçün həlledici mübarizədir.
İstəyirəm ki, istər ölkə daxilində, istərsə də xaricdə hamı bir şeyi bilsin - Gürcüstan heç vaxt heç kimin vassalı olmayacaq. ...biz hamıya, tamamilə hamıya sübut edəcəyik ki, Gürcüstan müstəqilliyə və suverenliyə layiqdir, onsuz bütün dövlət vəzifələri öz dəyərini itirir”, - Kaladze bildirib.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb.
Aprelin 15-dən Tbilisidə hər gün kütləvi etiraz aksiyaları keçirilir və dünənki nümayişdə on minlərlə insan iştirak edib. “Gürcü Arzusu” aprelin 22-də əks aksiya elan edib və Gürcüstanın bütün regionlarından büdcə təşkilatlarında işləyən kəsləri aksiyaya gətirib.