“Gürcü arzusu”nun liderlərindən biri olan Mamuka Mdinaradzenin sözlərinə görə, “xarici təsir agentləri” haqqında “Xalqın Gücü”nün qanun layihələri ilə bağlı rəyində Venesiya Komissiyasının “ağa qara yazacağı” halda, onlar müvafiq qərar qəbul edəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Venesiya Komissiyası nəsə yazacaq, elə deyilmi? Bu ya arqumentlərə əsaslanan, ya da havadan çıxarılan bir şey olacaq. Əgər qaranın üzərinə ağ yazılısa və belə bir möcüzə baş versə... Belə möcüzələr olub elə - Avropa Parlamentinin 500 deputatının iştirakı ilə qara rəngə ağ yazılıb. Əgər belə bir absurd hadisə baş verisə, bəli, bu vəd belə olacaq. Şəxsən mənim üçün bu, tamamilə qeyri-mümkün olmaya bilər, amma qaranın üzərinə ağın hüquqi nəticə kimi yazılacağına elə bir gözləntim yoxdur. Bunu bütün dünya görəcək.
Mən gözləyirəm ki, bəzi hallarda nəzərə alına biləcək arqumentlər yazılacaq, amma ağ üzərinə qara yazılısa, bu halda biz də bunu deyəcəyik və müvafiq qərar qəbul edəcəyik”, - deyə Mamuka Mdinaradze jurnalistlərə bildirib.
Parlament çoxluğu “xarici agentlər” haqqında təşəbbüsü irəli sürülən bu iki qanun layihəsindən birini iyunun sonuna kimi qəbul etmək niyyətindədir.
Parlament çoxluğunun üzvləri Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraya, Eka Sefaşvili, Davit Katçarava və Zaal Mikeladze “Gürcü arzusu” tərəfindən də dəstəklənən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentə təqdim ediblər. Qanun qəbul olunarsa, beynəlxalq fondlardan maliyyə alan Gürcüstanın qeyri-hökumət və media təşkilatları Gürcüstanda “xarici təsir agentləri” reyestrində qeydiyyatdan keçəcəklər. Qanun layihəsinin müəllifləri bildirirlər ki, onların hazırladıqları sənəd 1938-ci ildə ABŞ-da qəbul edilmiş “Xarici Agentlərin Qeydiyyatı Haqqında Akt – FARA”ya (Foreign Agent Registration Act - FARA) əsaslanır, baxmayaraq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays onun hansısa Amerika qanunlarına deyil də, Rusiya və Macarıstan qanunvericiliyinə əsaslandığını bildirib. Bundan sonra “Xalqın Gücü”nün üzvləri FARA-nın hərfi tərcüməsi olduğunu iddia etdikləri “Xarici Agentlərin Qeydiyyatı Haqqında” adlı başqa bir qanun layihəsi təqdim etdilər.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın qiymətləndirməsinə görə, “bu qanun layihələri açıq şəkildə Rusiya qanunlarına uyğundur və məqsədi vətəndaş cəmiyyətini kənarlaşdırmaq və fərqli səsi boğmaqdır”.