Gürcüstan Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, “Wizz Air” təyyarəsinin göyərtəsində partlayıcı maddələrin olması təsdiqlənməyib və Kutaisi-Barselona reysi bu gün saat 19:00-da həyata keçiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müvafiq xidmətlər tərəfindən prosedurlar aparılır və onlar özləri açıqlama verəcəklər, lakin bizdə olan məlumata görə, hazırda partlayıcı maddənin olması ilə bağlı məlumat təsdiqini tapmayıb. Sərnişinlərin yoxlanılmasını başa çatdırdıq və onlar yola düşmə salonunda yerləşdiriliblər. Kutaisi Beynəlxalq Hava Limanı tam olaraq adi iş ritminə qayıdıb və biz təyyarələri qəbul etməyə davam edirik”, - deyə Karkaşadze bildirib.
Daha sonra Kutaisi Beynəlxalq Hava Limanının rəhbərliyi də bəyanat yayıb. Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin terrorla mübarizə bölmələri Daxili İşlər Nazirliyi ilə birlikdə təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə daxil olmuş bildirişə uyğun olaraq protokolda nəzərdə tutulmuş bütün zəruri və təxirəsalınmaz xüsusi tədbirləri operativ şəkildə həyata keçiriblər.
“Sözügedən reysdə heç bir partlayıcı qurğu və ya maddə aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır”, - deyə hava limanından bildirilib.
W66417 reys nömrəli “Wizz Air” təyyarəsi bu gün saat 12:45-də Barselona istiqamətində havaya qalxsa da, təxminən 10 dəqiqə sonra yenidən Kutaisi Beynəlxalq Hava Limanına eniş edib. Ekipaj gəmidə ehtimal olunan partlayıcı maddələrin olması barədə məlumat aldıqdan sonra geri qayıtmaq qərarına gəlib. Təyyarədə 148 sərnişin və 6 ekipaj üzvü olub.
Hadisə ilə əlaqədar olaraq Kutaisi Hava Limanının işi ləngiyib.