“Vahid Milli Hərəkat”ın Batumi təşkilatının üzvlərinin bir hissəsi partiya sədrindən izahat və onun istefasını tələb edir. Onlar iddia edirlər ki, Levan Xabeişvilinin qərarı ilə partiyadaxili seçkilərdə Nika Meliyanı dəstəkləyən 4 nəfər Şəhər Şurasının partiya siyahısından çıxarılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Partiyamızın sədri Levan Xabeişvili seçkiqabağı vədlərini yerinə yetirməklə məşğul olmaq, Mixeil Saakaşvilinin azadlığa buraxılması üçün davamlı etiraz aksiyaları keçirmək, Nika Qvaramiyanın azad edilməsi üçün fəal çalışmaq, ölkəmizdə mövcud olan digər problemlərə reaksiya vermək əvəzinə, Batumi xalqının istəyini dəyişdirmək üçün vaxt tapır - mən düçünürəm ki, eynilə, Davit Rijvadze [Acarıstan hökumətinin sədri Tornike Rijvadzenin atası - red.] və İrakli Kobaxidzenin bunu etmək cəhdləri olduğu və uğur qazandıqları kimi, sadəcə olaraq onlar Nuqzar Putkaradzeni öldürdülər və Nuqzar Putkaradzeni Batumi Şəhər Şurasından belə çıxardılar. Bunun üçün Levan Xabeişviliyə sadə imza lazım idi. Hesab edirəm ki, inanılmaz dərəcədə pis bir şey baş verdi və “Milli Hərəkat” belə bir sədrə layiq deyil”, - Levan Xabeişvilinin partiya sədri seçilməsindən sonra yanvar ayında Batumi təşkilatının rəhbəri vəzifəsindən istefa verən Giorgi Kirtadze bildirib.
Müxalifət partiyasının üzvlərinin sözlərinə görə, Levan Xabeişvili Levan Qorqiladze, Roin Dvali, Eliza Epadze və Şorena Abaşidzenin partiya siyahısından çıxarılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
“Qəfildən bildim ki, partiya sədri Levan Xabeişvili məni dostlarım ilə birlikdə siyahıdan çıxarıb, fikrimcə, bu, yalnız partiyadaxili seçkilər zamanı onun birbaşa rəqibi Nika Melanı dəstəklədiyimə görə baş verib. Bir qayda olaraq, onun, məni siyahıdan çıxarmaq üçün əli əsməli idi, lakin kölgəli idarəetmə məhz bunu nəzərdə tutur, ona göstəriş verilib və o, imzalayıb”, - Qorqiladze bildirib.
Batumi Şəhər Şurası “Milli Hərəkat”ın üzvü Laşa Kilaberiyanın deputat mandatına xitam verilməsini müzakirə etməlidir, bundan sonra onun varisinin səlahiyyətlərini təsdiqləmək lazım gələcək. Kilaberiya Meksika sərhədindən keçərək ABŞ-a mühacirət etdi. Laşa Kilaberiadan sonra “Milli Hərəkat” 2021-ci il də Levan Qorqiladze, Roin Dvali və Eliza Epadzeni Şəhər Şurası seçkiləri üçün partiya siyahısına daxil edib.
Şəhər Şurasında “Vahid Milli Hərəkat” fraksiyasının sədri Nodar Dumbadze deyir ki, Levan Xabeişvili və partiyanın yeni rəhbərliyi onun istefaya göndərilməsini də istəyir: “Mən istefaya getməyəcəyəm, çünki bu qərarı yalnız Şəhər Şurası fraksiyası çoxluğu qəbul edir və o qərar verib ki, bu gün mən fraksiya rəhbəriyəm. O, daha “Milli Hərəkat”ın sədri olmamalıdır. Təəssüf ki, onun qəbul etdiyi qərar yalnız bir məqsədə xidmət edir - Batumi Şəhər Şurasında bir çox şeyə tab gətirən komandanı parçalamaq”.
“Milli Hərəkat”ın siyasi şurasının üzvü Levan Antadze deyir ki, siyahıdan çıxarılan şəxslər və şuradakı bir çox deputatlar artıq partiyanın maraqlarını təmsil etmirlər.
“Bu adamlar ayrıca ofis açmış müəyyən qruplaşmadadırlar və bilmirəm kimin maraqlarını xidmət edirlər. Bundan irəli gələrək onlar siyahıdan çıxarılıblar. Bu, qanun çərçivəsindədir və partiya sədrinin buna hüququ var”, - Antadze jurnalistlərə izah edib.
Levan Xabeişvili bu ilin yanvarında partiyadaxili seçkilər nəticəsində “Vahid Milli Hərəkat”ın sədri olub. Elektron səsvermə zamanı o, əsas rəqibi, partiyanın keçmiş sədri Nika Meliadan daha çox səs toplayıb.