Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani parlament üzvü Aleko Elisaşvilinin bacısı qızı Natia Culağidzeni müavinlərindən biri vəzifəsinə təyin edib. 2020-ci ildə Elisaşvili və İoseliani birlikdə “Vətəndaşlar” partiyasını təsis ediblər və parlamentə üzv də bu partiyadan olublar. 2021-ci ildə Levan İoseliani müxalifətin kvotası ilə parlamentin vitse-spikeri seçildikdən sonra Culağidze İoselianinin ofisinə baş mütəxəssis təyin edilib və bu günə qədər orada fəaliyyət göstərib. Culağidze deyir ki, Xalq Müdafiəçisinin müavini təyin olunması onda heç bir narahatlıq yaratmır və hər hansı maraq toqquşması da yoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Culağidzenin yalnız Elisaşvili və İoselaninin partiyayadək təsis etdiyi vətəndaş hərəkatında əvvəlcə layihə işçisi, sonra isə icraçı direktor kimi iş təcrübəsi var.
“Xalq Müdafiəçisi Aleko Elisaşvili deyil, Levan İoselianidir. Ona görə də maraqlar toqquşması yoxdur. Levanla uzun müddət bərabər işləmək təcrübəm var və onun mənə Xalq Müdafiəçisinin müavini vəzifəsini təklif etməsi məndə heç bir narahatlıq yaratmır ki, mən bununla razılaşdım”, - Natia Culağidze qeyd edir. O, Xalq Müdafiəçisi İdarəsinin Uşaq Hüquqları, Məhdud Fiziki İmkanlı Şəxslərin Hüquqları, Gender, Bərabərlik Departamentləri, Şərqi və Qərbi Gürcüstan idarələrinin fəaliyyətinin koordinasiyası və nəzarəti ilə məşğul olacaq.
Bu gün Xalq Müdafiəçisi daha bir yeni müavin Elene Ğuduşaurini təqdim edib. Ğuduşauri 2021-2023-cü illərdə Gürcüstan parlamenti sədrinin müavini Katibliyinin baş mütəxəssisi vəzifəsində; 2015-2021-ci illərdə Tbilisi Bələdiyyə Məclisin Hüquq Məsələləri və İnsan Hüquqlarının Müdafiəsi Komissiyası Katibliyinin baş mütəxəssisi vəzifəsində; 2012-2015-ci illərdə isə“K&K Consulting” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.
Ğuduşauri Xalq Müdafiəçisinin fisinin Cinayət Ədliyyəsi Departamentinin, Milli Prevensiya Mexanizminin, Strateji Hüquqi Proseslər Şöbəsinin, Analitik Şöbənin və İnsan Hüquqları üzrə Marifləndirmə Departamentinin fəaliyyətinin koordinasiyası və nəzarəti ilə məşğul olacaq.
Xalq Müdafiəçisinin cəmi üç müavini var. Qiorqi Burcanadze və Ekaterine Sxiladze martın 31-də vəzifələrini tərk ediblər. Bu haqda Burcanadze şəxsi açıqlama verəsə də, Sxiladze rəsmi açıqlama yazmayıb.
“Mən dövlət qulluğuna davam etmək istəyirdim. Mən hər şeyi sınadım və etdim, amma Rusiya qanununun müəllifləri “yox” deyirlər”, - Qiorqi Burcanadze bildirib. O, qeyri-hökumət təşkilatları tərəfindən Xalq Müdafiəçisi vəzifəsinə irəli sürülən namizədlərdən biri olub, lakin parlament digərləri ilə birlikdə onun da namizədliyini rədd edib. Martın 7-də isə “Gürcü Arzusu” heç bir ictimai müzakirə və vətəndaş cəmiyyətinin iştirakı olmadan “xarici təsir agentlərinin şəffaflığı haqqında” rus qanununu birinci dinləmədə qəbul edərkən Levan İoselianini 6 il müddətinə Xalq Müdafiəçisi vəzifəsinə seçib. İoselianinin namizədliyini “Oçneba” üzvləri ilə birlikdə müstəqil deputatlar – Tamar Kordzaia və Teona Akubardiya, həmçinin “Respublika Partiyası”nın sədri Xatuna Samnidze dəstəkləyib.
“Gürcüstan Xəbərləri”nə Tamar Qvaramadzenin Xalq Müdafiəçisinin birinci müavini və idarə rəisi vəzifəsini saxlayacağı məlum idi ki, bunu Levan İoseliani bu gün keçirilən brifinqdə təsdiqləyib.