Saqareco rayonunun Ləmbəli kəndində intihar edən qadın Xanım Ceyranovanın iki övladı üçün dövlətə ümumilikdə 100 min lari təzminat ödənilməsi barədə qərar çıxarılıb. “Sapari” qeyri-hökumət təşkilatının hüquqşünası Nino Andriaşvilinin sözlərinə görə, uşaqlar gənc yaşlarında aldıqları mənəvi travmaya görə təzminat alacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2014-cü il sentyabrın 16-da Ləmbəli kəndində 30 yaşlı Xanım Ceyranova yaxınları tərəfindən ərini aldatmaqda ittiham olunub, ona hücum edilib, kəndə sürüyərək uşaqlarının gözü qarşısında alçaldıb və şiddətlə döyülüb, nəticədə qadın bir neçə dəfə huşunu itirib.
Hadisədən 2 gün sonra, sentyabrın 18-də Xanım Ceyranova ölü tapılıb. İntihara sövq etmə ittihamı ilə istintaq başlansa da, bu illər ərzində həbs olunan olmayıb. Mərhumun əri Hacı Həsənov həyat yoldaşına zorakılıq edən şəxslərdən birini ayağından bıçaqlayıb, daha sonra isə polisə təslim olub. Hacı Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinib və 2014-cü ilin dekabrında Siqnaqi Rayon Məhkəməsi onu 7 il müddətinə azadlıqdan məhrum edib. 2016-cı il sentyabrın 16-da o, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili tərəfindən əfv edilib.
2015-ci ildə o vaxtkı ədliyyə naziri Tea Tsulukiani Kaxeti İnformasiya Mərkəzinə müsahibəsində bildirmişdi ki, Xanım Ceyranovanın işi araşdırılmamış qalmamalıdır. Onun sözlərinə görə, sübutları özü toplamağa başlayıb. Tsulukianinin söz verdiyinə baxmayaraq, iş araşdırılmayıb.
2018-ci ildə “Sapari” qeyri-hökumət təşkilatı və İnsan Hüquqları Mərkəzi Avropa İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi (EHRAC) ilə əməkdaşlıq çərçivəsində BMT-nin Qadın Hüquqları Komitəsinə şikayət ünvanlanıb.
2021-ci ilin sonunda komitə pozuntunu müəyyən edib və Gürcüstan hakimiyyətini tez, hərtərəfli və müstəqil araşdırma aparmağa, həmçinin Xanım Ceyranovanın övladlarına ədalətli təzminat ödəməyə çağırıb.
Hadisədən 8 il sonra prokurorluq 5 nəfəri həbs edib. Onlar Xanım Ceyranovanın ləyaqət və şərəfini alçaltmaqda, gender ayrı-seçkiliyi zəminində onu qanunsuz olaraq azadlığından məhrum etməkdə ittiham olunublar.
“Söhbət gedirdi ki, müttəhimlər vəsatət müqaviləsi əsasında həbsdən azad edilsinlər. Biz bunun qəti əleyhinəyik. Zərərçəkmişlər onlara maksimum cəza verilməsini tələb edirlər”, vəkil Nino Andriaşvili deyir.
“Sapari” Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə Komitəsinin (CEDAW) qərarından sonra təzminat məsələsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər üzrə kollegiyasına müraciət edib. Nino Andriaşvilinin sözlərinə görə, cavabdeh qismində çıxış edən Maliyyə Nazirliyi təzminat ödəməkdən yayınmağa çalışıb:
“Maliyyə Nazirliyi bizim iddiamızı ümumiyyətlə tanımadı. Bildiriblər ki, heç bir halda tələb yerinə yetirilməməlidir, çünki BMT komitəsi yalnız tövsiyə verib”.
Andriaşvilinin sözlərinə görə, BMT komissiyasının qərarından sonra təzminatların ödənilməsi ilə bağlı məhkəmə çəkişməsi ümumiyyətlə gündəmdə deyildi və hakim yalnız pulun miqdarını mühakimə etməli idi. Belə hallarda qərar şifahi dinləmə olmadan qəbul edilir, lakin hakim iclası qeyd edir və tərəflərin mövqeyini dinləyir. Sapari hər uşağa görə 100 min lari tələb edib, məhkəmə hər uşağa 50 min lari məbləğində təzminat təyin edib.