Qərbi Gürcüstandan Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayanıb. Buna səbəb Xaraqauli bələdiyyəsində, Bab kəndi yaxınlığında yağan güclü yağış nəticəsində dəmir yollarının su altında qalması və torpağın çökməsi olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Dəmir Yolları”nın məlumatına görə, indiki mərhələdə hərəkətin nə vaxt bərpa olunacağı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil.
“Hörmətli sərnişinlər, qərb istiqamətində yağan güclü yağış nəticəsində, Bab kəndi yaxınlığındakı drenaj quyularından külli miqdarda su daşaraq relsləri basıb. Bu da relslərə bitişik torpağın çökməsinə səbəb olub. Hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. Xüsusilə, Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb”, - “Gürcüstan Dəmir Yolları”nın yaydığı məlumatda qeyd olunur.
Şirkətdən verilən məlumata görə, işçi qüvvəsini maksimum səfərbər ediblər və təmizlik/bərpa işləri davam edir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 1-i səhərədək Gürcüstanda yağışın (bəzi yerlərdə intensiv) olacağı, şimşək çaxacağı, Gürcüstanın şərqində dolu düşəcəyi gözlənilir. İyunun 30-da və iyulun 1-də güclü qərb küləyi əsəcək, dənizdə 4 bal gücündə tufan gözlənilir. Agentlik əhaliyə xəbərdarlıq edir ki, gözlənilən leysan xarakterli yağışlar nəticəsində kiçik çaylarda daşqınlar, respublikanın dağlıq ərazilərində sürüşmə-daşqın proseslərinin başlanması və aktivləşməsi təhlükəsi yarana bilər.