Xulo bələdiyyəsinin Dioknisi icmasında sürüşmə prosesləri inkişaf edib və buna görə də Qeladzeebi kəndinə gedən yeganə yolda hərəkət etmək mümkün deyil. Paksadzeebi kəndində 7 ailə evlərini tərk etməli olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yanvarın 18-də gecə saatlarında Paksadzeebi kəndində torpaq sürüşməsi baş verib. Bələdiyyənin meriyasından “Gürcüstan Xəbərləri”nə verilən məlumata görə, sürüşmə mərkəzi hələ də aktivdir və geoloqlar ailələrə evə qayıtmağı tövsiyə etmirlər. Sürüşmə sahəsində yaşayan 7 ailə kirayə ilə Paksadze və digər kəndlərə köçürülüb.
Merin Dioknisi üzrə icması üzrə nümayəndəsi Quram Kaxadzenin sözlərinə görə, Qeladzeebi kəndinin ətraf aləmlə əlaqəsi kəsilib.
“Kənddə 67 ev var. Əhali qışa hazırlanıb və ehtiyatını görüb. Heç kimə təcili tibbi yardım lazım deyildi. Lazım gələrsə, həm Meriya, həm də Xilasetmə Xidməti sakinlərə hər cür yardım göstərməyə hazırdır”, - deyə mer nümayəndəsi bildirib.
Xuloda bir çox sürüşməyə meyilli zonalar var. Yanvarın əvvəlində bir neçə gün yağan yağışlar nəticəsində Çao kəndində sürüşmə prosesləri inkişaf edərək bir neçə ailə üçün təhlükə yaradıb.