Rəqabət Agentliyinin qərarına əsasən, “Lukoyl-Georgia”, “Visol Petroleum Georgia”, “San Petroleum Georgia”, “SOCAR Georgia Petroleum” və “Rompetrol Georgia” şirkətlərinə cəmdə 4 milyon lariyə qədər maliyyə sanksiyaları tətbiq edilib. Agentlik onları 2022-ci ilin mart-avqust ayları ərzində avtomobil yanacağının pərakəndə satış bazarında yüksək qiymətlərinin saxlanılmasında ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Lukoyl-Georgia” MMC 450 590 lari; “Visol Petroleum Georgia” ASC - 693 576 lari; “San Petroleum Georgia” MMC - 1 073 859 lari; “SOCAR Georgia Petroleum” MMC - 718 986 lari; “Rompetrol Georgia” MMC - 987 886 lari məbləğində cərimə edilib.
Qurumdan verilən məlumata görə, araşdırmalar nəticəsində “San Petroleum Georgia” MMC (“Qalf”), “Rompetrol Georgia” MMC, “Lukoyl-Georgia” MMC, “Vissol Petroleum Georgia” MMC və “SOCAR Georgia Petroleum” MMC - nin əhəmiyyətli dərəcədə aşağı maya dəyərində yanacaqları olub, lakin, şirkətlərin pərakəndə satış qiyməti siyasəti eyni olaraq qalıb və yanacaqdoldurma məntəqələrində məhsulun maya dəyərinin dəyişməsi öz əksini tapmayıb; “Rompetrol” pərakəndə bazara baha qiymətə yanacaq çıxarıb, topdansatış bazarında isə rəqibinə ucuz yanacaq tədarük edib. Hər beş şirkətin nümayəndələri arasında aktiv telefon əlaqəsi olub.
Baş nazirin tövsiyəsi və qurum tərəfindən aparılan monitorinqin nəticələri əsasında araşdırmaya 16 avqust 2022-ci il tarixində başlanılıb.
Qurumdan verilən məlumata görə, neft məhsulları bazarında vəziyyət normallaşıb, bununla belə, yüksək ictimai maraq və bazarın strateji əhəmiyyəti ilə əlaqədar Milli Rəqabət Agentliyi avtomobil yanacağı (benzin, dizel) bazarında monitorinqləri davam etdirir.
“SOCAR”, “Visol” və “Rompetrol” rəqabət agentliyinin qərarından məhkəməyə şikayət etməyə hazırlaşır.