Yanvarın 1-dən qış təkərlərinin məcburi olduğu yolların siyahısı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan hökumətinin qərarı ilə qış mövsümündə, dekabrın 1-dən martın 1-dək avtomobillərin (bütün təkərlər) qış təkərləri ilə təchiz olunmalı olduğu yolların siyahısı təsdiq edilib. Qərar 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minir.

Qış təkərləri aşağıdakı xüsusiyyətlərə cavab verməlidir:

  • Təkərlərin istehsal tarixindən 10 il keçməmişdir;
  • Təkərdə onun istehsal olunma tarixi oxuna bilir;
  • Təkərin protektorunun (şinlərin protektoru) dərinliyi M1, N1, N2, N3 kateqoriyalı nəqliyyat vasitələrində 3 mm-dən az deyil; M2, M3 kateqoriyalı avtomobillərdə 4 mm-dən az deyil; 
  • Təkərdə müvafiq simvol - qar dənəciyi əks olunub.
  • M3, N2 və N3 kateqoriyalı avtomobillər üçün - qar dənəciyi simvolu olmayan qış təkərləri ilə sürməyə icazə verilir. Bu halda, Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq şöbəsi yuxarıda qeyd olunan kateqoriyalı nəqliyyat vasitələri üçün ən azı bir sükan oxunun bütün gözlərinə uyğun xüsusiyyətlərə malik sürüşməyə qarşı zəncir bağlamaq tələbi qoymaq səlahiyyətinə malikdir.

Sürüşməyə qarşı zəncir zavod istehsalı olmalı, avtomobilin təkər ölçüsünə uyğun və qar/buzla örtülmüş yol səthlərində istifadə üçün uyğun olmalıdır.

Polis əməkdaşı yol hissələrində qış təkərlərinin və sürüşməyə qarşı zəncirlərin müvafiq xüsusiyyətlərinə uyğunluğunu yoxlayır. Baxış məqsədi ilə avtomobil yolun hərəkət hissəsindən kənara çıxarıla bilər. Təkərin protektorunun (şinlərin protektoru) dərinliyini ölçmək üçün polisə xüsusi ülgü və ya xətkeşlərdən istifadə etmək icazəsi verilir.

Bu qayda ilə nəzərdə tutulmuş qış təkəri və sürüşməyə qarşı zəncir tələblərinə əməl edilmədikdə şəxs 100 lari məbləğində cərimə olunacaq və sürücülük vəsiqəsinə verilən balların sayı 5 bal azaldılacaq.

Qış təkəri və/və ya sürüşməyə qarşı zəncir bu qayda ilə müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə, polis əməkdaşı nəqliyyat vasitəsinin sürücüsünə bu qayda ilə müəyyən edilmiş yerə/yol sahəsinə daxil olmasını qadağan etmək səlahiyyətinə malikdir.

Nəqliyyat vasitəsinin hərəkətinin davam etməsi onun və ya digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təhlükə yaratdıqda, şəxs müvəqqəti olaraq nəqliyyat vasitəsindən məhrum edilə və xüsusi mühafizə olunan dayanacağa aparıla bilər.

Xüsusi hallarda, meteoroloji şərait, o cümlədən güclü qar, yol örtüyünün buz bağlaması və digər hava şəraiti nəzərə alınmaqla, avtomobilin qış təkərləri olmadan hərəkəti yol hərəkəti təhlükəsizliyinə təhlükə törətdikdə, Daxili İşlər Nazirin əmri ilə başqa müddət müəyyən edilə bilər.

Yolların siyahısı aşağıdaki kimidir:

Beynəlxalq əhəmiyyətli avtomobil yolları.

Tbilisi - Senaki - Leselidze (Rusiya sərhədi) - yolun 120-135 və 141-174 km-lik hissəsi.

Mtsxeta - Stepantsminda - Lars (Rusiya sərhədi) - yolun 80-106 km-lik hissəsi.

Poniçala - Marneuli - Ququti (Ermənistan sərhədi) - yolun 76-98 km-lik hissəsi. 

Tbilisinin girişi (Zahesi-Rustavi) - yolun 1-49 km-lik hissəsi.

 

Ölkə daxili əhəmiyyətli avtomobil yolları.

Koda - Partsxisi - Manqlisi - Tsalka - Ninotsminda - yolun 20-147 km-lik hissəsi.

Marneuli – Tetritskaro – Tsalka - yolun 33-88,7 km-lik hissəsi.

Tbilisi (Pantiani) – Manqlisi - yolun 1-32 km-lik hissəsi.

Vaziani-Qombori-Telavi - yolun 27-65 km-lik hissəsi.

 

Yolların tam siyahısı üçün keçid edin: გზების ჩამონათვალი, სადაც 1-ელი იანვრიდან ზამთრის საბურავები სავალდებულოა 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur