Yanvarın 1-dən Tbilisidə iriqabaritli avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2024-cü il yanvarın 1-dən Tbilisidə iriqabariyli avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Xüsusilə, M3 (avtobus, 5 tondan çox), N2 (yük maşını, 3,5 tondan 12 tona qədər) və N3 (yük maşını, 12 tondan çox) kateqoriyalı nəqliyyat vasitələrinə 08:00-11:00 və 17:00- 20:00 vaxt aralığında müəyyən küçələrdə hərəkət qadağan ediləcək.

Paytaxt meri Kaxa Kaladzenin bildirdiyinə görə, qadağa yalnız pik saatlarda böyük axınların olduğu və hərəkətin müəyyən çətinliklərlə bağlı olduğu hissələrə şamil olunacaq.

“Bu məhdudiyyət şənbə və bazar günləri, Əmək Məcəlləsində nəzərdə tutulmuş bayram günləri və avqust ayına şamil edilmir. Düşünürük ki, avqustda hərəkət sərbəst olmalıdır, çünki adətən bu dövrdə şəhər nisbətən sərbəst olur, əhali istirahətə gedir və ona görə də bu istisnaya yol vermək olar”, - Kaladze bildirib.

Bununla belə, yeni qayda aşağıdakı avtomobillərə şamil edilməyəcək:

  • İctimai nəqliyyata;
  • Fövqəladə halların, habelə həyat və sağlamlıq üçün təhlükəli halların aradan qaldırılması üçün zəruri olan nəqliyyata (təcili yardım, xilasetmə, yanğın, evakuasiya və s. nəqliyyatı);
  • Bələdiyyə və ya dövlət infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəruri olan nəqliyyata;
  • Şagirdlərin və tələbələrin hərəkəti üçün zəruri olan nəqliyyata;
  • Turizm fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan nəqliyyata;
  • əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslərə;
  • betondaşıyan nəqliyyat vasitələrinə;
  • saat 08:00-dan 11:00-dək neft məhsullarının daşınmasını həyata keçirən nəqliyyat vasitələrinə;
  • saat 08:00-dan 11:00-a qədər paylama fəaliyyəti üçün nəzərdə tutulmuş nəqliyyata. Bu kateqoriya üçün istisna yalnız 2024-cü il sentyabrın 1-dək tətbiq olunacaq.

Nəqliyyat vasitəsi sahibləri yeni yol hərəkəti qaydasını pozmaları halında 1000 lari, təkrar və sonrakı qayda pozuntularına görə isə 3000 lari cərimələnəcəklər.

“Bu gün paytaxtda pik saatlarda hərəkət baxımından çox çətin vəziyyət yaranıb ki, bunda böyük ölçülərə malik nəqliyyat vasitələrinin payı var. Səbəblərin izahına qayıtmayacağam. Sözügedən qərar problemin həllinə müəyyən qədər töhfə verəcək”, - Kaxa Kaladze bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur