DV lotereyasını udmaq və yaşıl kart əldə etmək bir çox insanın həyatını kökündən dəyişə biləcək arzusudur. Proqramın məqsədi ABŞ əhalisinin rəngarəngliyini qorumaq və digər ölkələrin vətəndaşlarına ABŞ-da qanuni yaşamaq və işləmək hüququ verməkdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bununla belə, çantalarınızı yerləşdirməzdən əvvəl İkonsul komandası müraciət prosesini asanlaşdırmaq və uğur şansınızı artırmaq üçün beş vacib detal təklif edir:
Kvalifikasiyanızı yoxlayın
Yaşıl kart lotereyasında hər kəs iştirak edə bilməz. İlk və ən vacib addım lotereyaya uyğun olub-olmadığınızı yoxlamaqdır. Yaşıl kart aşağı immiqrasiya balansı olan ölkənin vətəndaşları üçün oynanılır.
Aplikant orta məktəbi və ya attestatı orta məktəb attestatına bərabər olan təhsil müəssisəsini bitirmiş olmalıdır.
Attestatınız yoxdursa, şansınızı hələ itirməmisiniz. Ən azı iki il təhsil və ya iki il iş təcrübəsi tələb olunan sahədə çalışan şəxslər də iştirak edə bilərlər.
Standarta uyğun şəkil çəkin
Standarta uyğun fotoşəkil çəkmək təsəvvür etdiyinizdən daha çox aplikantın zəif nöqtəsidir. ABŞ hökuməti aplikantın şəkil çəkdirərkən əməl etməli olduğu ciddi qaydalar müəyyən edib. Bu standartlara fotoşəkil ölçüsü, fon rəngi və hətta başınızın vəziyyəti daxildir. Bu standartlara cavab verməyən fotoşəkil diskvalifikasiya edilə bilər. Aplikasiyanı doldurmazdan əvvəl yuxarıdakı kvalifikasiya tələblərini diqqətlə oxuyun və ya DV lotereyasının bütün tələblərini mükəmməl bilən İkonik foto proqramından istifadə edin.
Bütün ailə üzvlərini qeyd edin
Aplikasiyanı doldurarkən ailə üzvlərini - yalnız həyat yoldaşı və uşaqlarını göstərmək vacibdir. Ailə üzvünü qeyd etməmək lotereyada udduqdan sonra prosesi çətinləşdirə bilər. Məlumatın düzgün olduğuna diqqət yetirin. Faktiki qeyri-dəqiqliklərdən çəkinin. Bu bölmədəki səhvlər vizanın qəbul edilmməsi və ya gecikmə ilə nəticələnə bilər.
Nəticələr üçün kodu saxlayın
Aplikasiyanı doldurduqdan sonra bir təsdiq kodu alacaqsınız. Bu kodu saxlamağınız çox vacibdir, çünki yalnız bu kodun köməyi ilə siz lotereya nəticələrini görə biləcəksiniz. Kodu itirmək o deməkdir ki, siz aplikasiya statusunu yoxlaya bilməyəcəksiniz.
Müraciəti yalnız bir dəfə təqdim edin
Qazanma şansınızı artırmaq üçün çoxlu aplikasiya doldurmaq yaxşı fikir kimi görünsə də, bu, qaydalara tamamilə ziddir. Birdən çox aplikasiya təqdim etməklə siz diskvalifikasiya riski daşımış olursunuz. DV lotereyası bütün aplikantlara bərabər şans vermək üçün nəzərdə tutulub. Buna görə də daxil edilmiş bütün məlumatları hərtərəfli yoxlayın, dərindən nəfəs alın və aplikasiyanı yalnız bir dəfə yükləyin.
İkonsul komandasının üzvləri turizm və viza sahəsində çoxillik təcrübəyə malikdirlər. Məhz bu təcrübə hesabına səhv etmək ehtimalı minimuma endirilir.
Bu beş prinsipin köməyi ilə siz aplikasiya prosesini mümkün qədər sadələşdirə və qalib gəldiyiniz halda viza prosesindən səmərəli şəkildə keçə biləcəksiniz. Yaşıl kartın doldurulma prosesindən peşəkarların köməyi ilə keçmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın, 0322114488 nömrəsinə zəng edin, və ya aplikasiya formasını doldurun.
[R] Reklam - "eKonsul" məlumatı