Yazıçılar Ketevan Dumbadzenin “Yazıçılar Evi”nə direktor təyin edilməsinə etiraz edirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ketevan Dumbadze

“Biz Mədəniyyət Nazirliyinin qeyri-demokratik, sovet, anti-dövlət xarakterli siyasətinə itaətsizliyimizi bəyan edirik. Müvafiq olaraq, gürcü cəmiyyətinə qarşı “rus qanunu”na səs verən yeni direktoru qəbul etmirik. Biz ədəbi həyata və proseslərə sovet üsulları ilə müdaxiləni tanımırıq”, - deputat Ketevan Dumbadzenin “Yazıçılar Evi”nə direktor təyin edilməsindən sonra gürcü yazıçılar, tərcüməçilər, naşirlər və ədəbi sahədə çalışan şəxslərin yaydığı bəyanatda deyilir. 

Sentyabrın 4-dən Gürcüstan “Yazıçılar Evi”nə “Gürcü Arzusu” partiyasının üzvü Ketevan Dumbadze rəhbərlik edəcək. Müvafiq sərəncamı artıq Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukiani imzalayıb. Martda parlament çoxluğu tərəfindən birinci oxunuşda qəbul edilmiş “agentlər haqqında” rus qanununu dəstəkləyən Dumbadze “Yazıçılar Evi”nin rəhbəri postunda Nata Lomourini əvəz edəcək.

Bəyanatı imzalayanlar Nata Lomurini dəstəklədiklərini bildirir və qeyd edirlər ki, “Yazıçılar Evi” yaranandan bəri o, “komandası ilə birlikdə gürcü ədəbiyyatı və ümumən gürcü mədəniyyəti üçün ən mühüm layihələr yaradıb və həyata keçirib”.

“Belə mühüm qurumun rəhbərini bu sahədə çalışan insanlarla məsləhətləşmədən, dar partiya baxışı ilə, bağlı qapılar arxasında vəzifədən azad etmək, yeni rəhbər təyin etmək hər hansı sağlam düşüncəli insan üçün tamamilə qəbuledilməzdir və təsəvvürolunmaz dərəcədə təhqirdir.

Mədəniyyət naziri ədəbi sahənin nümayəndələri ilə söhbət edə bilmədikdə, “Yazıçılar Evi”nə gəlmək, işçilərinin on il ərzində gördüyü nəhəng əməyi qiymətləndirmək, tanımaq həvəsi olmayanda öz legitimliyini itirir.

Nazirin bağlı qapılar arxasında “Yazıçılar Evi” kimi qurumun rəhbərinin partiya mənsubiyyətinə görə seçilməsi və təkbaşına təyin edilməsi ilə bağlı qəbul etdiyi qərar qətiyyən qəbuledilməzdir. Bu, sovet totalitar ənənəsinin iyrənc ifadəsidir və gürcü mədəniyyəti üçün həyati əhəmiyyət kəsb edən beynəlxalq münasibətlərə xələl gətirir.

Tələb edirik ki, yazıçılar tərəfindən təyin olunmuş işçi qrupu ilə birlikdə gələcəkdə fərdi və partiya qərarları ilə “Yazıçılar Evi”nin işinə qarışılmaması üçün“Yazıçılar Evi”nin direktorluğuna namizədi seçəcək və yeni idarə heyəti sənədi hazırlayacaq komissiya yaradılsın”, - birgə bəyanatda deyilir.

Hazırda bəyanatı imzalayır:

 

  1. İaki Kabe
  2. Qvantsa Jobava
  3. Laşa Buğadze
  4. Rati Mujiri
  5. Nina Suramelaşvili
  6. Rati Amağlobeli
  7. Darejan Kikoliaşvili
  8. Qia Qokieli
  9. Qiorqi Şonia
  10. Şorena Libanidze
  11. Buba Kudava
  12. Maka Kasradze
  13. Natia Qiorqadze
  14. Natia Ormotsadze
  15. Maşo Samadaşvili
  16. Tako Londaridze
  17. Elena Caparidze
  18. Tamar Korkotashvili
  19. Dalila Qoqia
  20. Manana Matiaşvili
  21. Ani Milaşvili
  22. Tina Mamulaşvili
  23. Tekla Kveladze
  24. Tako Kikvadze
  25. Nato Qordeladze
  26. Dato Qorqiladze
  27. Rusudan Ruxadze
  28. Nato Alxazişvili
  29. Maia Badridze
  30. Maia Ciramua
  31. Ekaterine Toqonidze
  32. İva Pezuaşvili
  33. Şota İataşvili
  34. Nato Kvaratsxelia
  35. Beka Adamaşvili
  36. İnqa Jğenti
  37. Bela Çekurişvili
  38. Lela Kurtanidze
  39. Maia Kudava
  40. Zviad Kvaraçxelia
  41. Tamta Melaşvili
  42. Beso Solomanaşvili
  43. İrakli Solomanaşvili
  44. Maqda Novakovska
  45. Koka Kamushadze
  46. Nikoloz Aqladze
  47. Zura Papiaşvili
  48. Batu Danelia
  49. Teona Dolenjashvili
  50. Ninia Nadiradze
  51. Keti Kantaria
  52. Maia Liparteliani
  53. Salome Benidze
  54. Qiorqi Xaraişvili
  55. İrine Çoğoşvili
  56. Maiko Danelia
  57. Lela Kodalaşvili
  58. İa Jincharadze
  59. Nini Eliaşvili
  60. Sopio Kublaşvili
  61. Mako Cancibuxaşvili
  62. Maia Aludauri
  63. Maka Ldokoneni
  64. Zaal Andronikaşvili
  65. Qaqa Naxutsrişvili
  66. Tornike Sibaşvili
  67. Ana Kopaliani
  68. Tamar Kvijinadze
  69. Eka Kevanişvili
  70. Lela Dumbadze
  71. Nika Laşxia
  72. Lana Kalandia
  73. İrakli Lomouri
  74. Xatuna Tavdqiridze
  75. Sandro Naveriani
  76. Nuka Ğambaşidze
  77. Ani Kiasaşvili
  78. Mariam Kvitsiani
  79. Amiran Ramişvili
  80. Tinatin Beriaşvili
  81. Toresa Moss
  82. Tsalenjixa Ədəbi Festivalı “Qraneli”
  83. Zuqdidi Müasir İncəsənət Festivalı F5
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur