“Yeganə müharibə partiyası Moskvadadır. Bu, 2008-ci ildə Gürcüstana hücum edən partiyadır. Bu, 2014-cü ildə Ukraynaya hücum edən və hazırda Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı müharibə aparan partiyadır. Bizim, azadlığa dəyər verənlərin borcu, bu partiya ilə mübarizə aparmaq və bu müharibədə qalib gəlməkdir”, - deyə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Gürcüstanı müharibəyə cəlb etməyə çalışan “Qlobal Müharibə Partiyası” narativi barədə bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da “Gürcü Arzusu”nun tez-tez işlətdiyi “Qlobal Müharibə Partiyası” narativinə münasibət bildirib.
“Bu, zarafat deyil, çünki bu, ciddi bir şeydir və Kremlin naratividir. Kremlin narativi və hətta onun burada müzakirəsi bizim etmək istəmədiyimiz bir şeydir, çünki bu, yalan narativdir, saxta və yanlış istiqamətdir.
Avropa İttifaqına daxil olmaq üçün böyük istək var, eyni dəyərləri bölüşmək istəyi var və bu dünyada Kreml narativlərinə yer yoxdur”, - Tsahkna bildirib.
Mayın 14-də baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayenlə görüşlə bağlı keçirdiyi mətbuat konfransında bir daha “Qlobal Müharibə Partiyası”nın adını çəkib,lakin, o, qeyd edib ki, bu mövzunu qapalı iclasda da müzakirə etmək təhlükəlidir. Kobaxidzenin sözlərinə görə, o, məlumatın yalnız 30%-ni O’Brayenlə bölüşüb.
“Bilirsiniz ki, biz bu [“Qlobal Müharibə Partiyası”] haqqında açıq danışa bilmərik. Bu, çox, çox qeyri-münasib və çox təhlükəli bir məsələdir. Biz “qlobal müharibə partiyası” şəklində təhlükəli insanlarla üzləşirik”, – Gürcüstanın baş naziri bildirib.
Cim O’Brayen hakim partiya liderlərinin “qlobal müharibə partiyası” iddialarını konspirasiya nəzəriyyəsi ilə əlaqələndirir.
“Qlobal Müharibə Partiyası kimi konspirasiya nəzəriyyələrinə və Qlobal Müharibə Partiyasının “Gürcü Arzusu”nun 12 illik hakimiyyətindən sonra artıq hakimiyyətdə olmamasını istəməsinə gəlincə, məncə, bu, beynəlxalq ictimaiyyətin Gürcüstana olan öhdəliyinin çox real olmayan, yanlış anlaşılmasıdır”, - deyə ABŞ dövlət katibinin köməkçisi jurnalistlərə bildirib.
Aprelin 29-da Bidzina İvanişvili rus qanununa dəstək məqsədilə “Gürcü Arzusu”nun təşkil etdiyi aksiyada dəfələrlə “Qlobal Müharibə Partiyası”nın adını hallandırıb.