Yunanıstanda güclü külək fonunda meşə yanğınları ilə mübarizə aparılır

Yunanıstanda meşə yanğınları tüğyan edir. Güclü külək səbəbindən yanğın sürətlə yayılaraq Afinaya yaxınlaşır. Ondan çox kənd və qəsəbədən əhali köçürülüb.

Yanğın bazar günü günortadan sonra paytaxtdan təxminən 30 kilometr aralıda yerləşən Varnavada baş verib.

“Şimal-Şərqi Atikanın sakinləri son dərəcə təhlükəli meşə yanğını ilə üzləşiblər, biz dramatik şəraitdə 20 saatdan artıqdır mübarizə aparırıq. Güclü külək, quraqlıq və sıx meşənin çox çətin və nahamar ərazidə yerləşməsi vəziyyəti çətinləşdirir”, - İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias bildirib.

Afina, 11 avqust / “Reuters”in fotosu

Rəsmi məlumata görə, yanğının söndürülməsinə 670-dən çox yanğınsöndürən, 183 yanğınsöndürən maşın, 32 yanğınsöndürən təyyarə və helikopter cəlb olunub.

Gürcüstan səfirliyi Yunanıstanda yaşayan soydaşlarını müvafiq qurumlar tərəfindən verilən göstərişlərə, o cümlədən elan edildiyi təqdirdə təxliyə tələblərinə əməl etməyə çağırır. Səfirlik bildirir ki, onlara “qaynar xətt” (+306952220000) vasitəsilə “Gürcüstan vətəndaşlarından heç bir mesaj” daxil olmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur