Kaxeti Polis Şöbəsinin əməkdaşları Axmeta Bələdiyyəsinin Zemo Alvani kəndində 46 yaşlı kişini həyat yoldaşını öldürməyə cəhddə ittiham edərək həbs ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs həyat yoldaşı - 43 yaşlı qadına və onun qohumu - 14 yaşlı uşağa soyuq silahla xəsarət yetirib, sonra isə hadisə yerindən qaçaraq gizlənib
İş üzrə istintaq Cinayət Məcəlləsinin 11-ci Prima 19-109-cu, yəni ailə üzvünə qarşı xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
2014-2022-ci illərdə Gürcüstanda 195 qadın qətlə yetirilib. Həmin dövrdə 136 qasın qətlinə cəhd qeydə alınıb, onlardan 54-ü ailə zəmnində, 82 isə digər səbəblərə görə qeydə alınıb.
2023-cü il üçün statistika hələ dərc edilməyib. Xalq Müdafiəçisi İdarəsinin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında 13 qadın qətlə yetirilib, onlardan 7 halda ailə-məişət əlaməti müəyyən edilib. Xalq Müdafiəçisi qeyd edir ki, qadın qətllərinə cəhdlərin sayı qətllərin sayını üstələdiyi 2022-ci ildən fərqli olaraq, 2023-cü ilin 6 ayının göstəricilərinə görə, qadın qətllərinin sayı qadın qətllərimə cəhdlərin sayını təxminən, 54% üstələyib.