“1+4” proqramı çərçivəsində tələbələrin maliyyələşdirilməsinin həcmi 2 dəfə artırılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Təhsil nazirinin qərarına əsasən, 2024-2025-ci tədris ilindən dövlət təhsil qrantı ilə gürcü dili üzrə hazırlıq proqramına (1+4) daxil olan tələbələrin maliyyələşdirilməsi iki dəfə artıb. Artıq 100 ermənidilli və 100 azərbaycandilli tələbənin yox, 200 erməni dilli və 200 azərbaycandilli tələbənin təhsil haqı maliyyələşdiriləcək.

“1+4 proqramı” çərçivəsində hazırlıq səviyyəsində təhsil alan 100 etnik azərbaycanlı və 100 etnik erməni gəncin hər il dövlət tərəfindən maliyyələşdirilir, lakin bu proqramdan yararlanan tələbələrin sayı proqram çərçivəsində maliyyələşdirilmə üçün nəzərdə tutulandan xeyli çoxdur.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə 400-dən çox ermənidilli və 1600-dən çox azərbaycandilli abituriyent ümumi qabiliyyət imtahanından uğurla keçib.

Ən yüksək bal toplayan 100 tələbə ilə yanaşı, yüzlərlə tələbə dövlət dilinin bir illik proqramına daxil olmaq üçün 2250 lari ödəməli olub.

Təhsil və Elm nazirliyinin məlumata görə, “1+4” təhsil proqramı çərçivəsində dövlət təhsil qrantı ilə maliyyələşmə 450-450 min lari təşkil edir və ildən-ilə artacaq.

“1+4” təhsil proqramı etnik azlıqları təmsil edən abituriyentlər üçün xüsusi güzəşt siyasəti çərçivəsində həyata keçirilir və onlara ali təhsil müəssisəsində sadələşdirilmiş qaydada təhsilini davam etdirmək hüququ və  konkret təhsil proqramını mənimsəməzdən əvvəl gürcü dili biliyini təkmilləşdirmək imkanı verir. Proqrama əsasən, etnik azlığı təmsil edən tələbələr yalnız ana dilindən qabiliyyət imtahanı verərək istədikləri universitetdə təhsil ala bilərlər.

Proqrama sadələşdirilmiş qeydiyyatla yanaşı, maliyyələşdirmə də daxildir. Tələbələr ana dilində imtahandan uğurla keçərsə, gürcü dili üzrə hazırlıq proqramında təhsiləri maliyyələşdirilir, bundan sonra onlar tam maliyyə vəsaiti hesabına seçdikləri təhsil proqramı üzrə həmin ali təhsil müəssisəsində təhsillərini davam etdirirlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur