Məktəb bufetlərində qeyri-sağlam qidaların satışını dərhal dayandırmaq və dövlətin məktəblərdə sağlam qida proqramının tətbiqinə diqqət yetirmək üçün valideynlər assosiasiyasının təşəbbüsünə 10 000 nəfər qoşulub. Petisiya artıq Təhsil və Elm Nazirliyinə, Milli Qida Agentliyinə, Xalq Müdafiəçisinə və Gürcüstan Parlamentinin Təhsil Komitəsinə təhvil verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hazırda dərslərin əksəriyyətində uşaqlar ac iştirak edir. Dövlət şagirdləri yeməklə təmin edə bilmir. Bir çox ailənin uşaqlarına evdən yemək aparmalarına imkanı yoxdur ki, bu da uşaqlar arasında bərabərsizliyi artırır. Bir çox məktəbdə bufet yoxdur. Bufetin fəaliyyət göstərdiyi yerdə məktəb sahəsi fərdi şəxs tərəfindən icarəyə götürülüb, orada bufet əvəzinə mağaza açılıb və sağlamlığa zərərli məhsullar satılır. Bu bufet adlanan yerlərdə Təhsil və Elm Nazirinin qadağan olunmuş məktəb ərzaq məhsullarının siyahısını (saqqız, konfet, cips, jelibon və.s.) müəyyən edən 410 nömrəli əmri ilə müəyyən edilmiş tələblərə zidd olan qazlı içkilər, keyfiyyəti şübhəli olan şirniyyat və çörək məmulatları satılır”, - petisiyada deyilir.
“Valideynlər Təhsil Naminə” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə artıq şagirdlərin valideynləri Təhsil və Elm Naziri Qiorqi Amilaxvarla görüşüblər. Nazirin sözlərinə görə, məktəb qidaları ilə bağlı daha sağlam bufet və müvafiq gigiyenik şəraiti təmin edəcək yeni sərəncam layihəsi hazırlanır. Nazir yaxın 2 ay ərzində bu məsələnin həll olunacağı sözünü verib. Bufet olmayan məktəblərdə, o cümlədən kənd yerlərində Nazirlik infrastrukturu öyrənəcək və müxtəlif imkanları nəzərdən keçirəcək. Məktəblərin qida proqramının icrasına gəlincə, nazir valideynlərə söz verib ki, onları da iş prosesinə cəlb edəcək. Nazirin sözlərinə görə, dövlət tərəfindən bir neçə model hazırlanır və bu məsələnin həlli 1 və ya 2 il çəkə bilər.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun 2019-cu il göstəricilərinə görə, Gürcüstanda demək olar ki, hər dördüncü uşaq (24,4 %) yoxsulluq içində yaşayır. Sorğuda iştirak edən şagirdlərin 77 %-i məktəbə gələndə bəzən (42 %) və ya həmişə (35 %) aclıq hiss etdiklərini bildirir ki, bu da şagirdlərin savadlılıq üzrə aşağı nəticə almalarına birbaşa təsir edir.
“Gürcüstanda məktəbdə qida sisteminin yaradılması ehtiyacları və perspektivləri” siyasət sənədinə əsasən, 2021-ci ilə qədər ölkədə sosial cəhətdən müdafiəsiz statusuna malik 18 yaşınadək 189.690 uşaq yaşayırdı. Bütün formalarda qida çatışmazlığının ən böyük yükü yoxsul və təcrid olunmuş icmalarda yaşayan uşaq və yeniyetmələrin üzərinə düşür.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun araşdırmasına görə, mühüm məsələ yeniyetmələrdə dəmir və yod kimi mikroelementlərin çatışmazlığıdır ki, bu da onların böyüməsinə, inkişafına problem yaradır və qan azlığının yaranmasına səbəb olur.
Məktəbdə qida proqramlarının beynəlxalq təcrübəsinə əsasən, məktəbdə qidalanma modeli şagirdlərin müəyyən edilmiş vaxtda (əsasən səhər yeməyi və/yaxud nahar) gündəlik hazır yeməklə təmin olunmasını nəzərdə tutur. Bu model məktəblərdə yemək hazırlamaq üçün uyğun mətbəx avadanlığı və ya hazır yeməklərin mütəşəkkil çatdırılmasını ehtiyac görür.
Gürcüstanda ilk dəfə olaraq yerli hökumətin birinci sinif şagirdlərinin qida ilə təmin edilməsi proqramını həyata keçirdiyi Tsalencixa bələdiyyəsində 30 dövlət məktəbinin 300 nəfərə qədər birinci sinif şagirdinin qida ilə təminatı gündəlik 4 lari ilə maliyyələşdirilir.