11-25 aprel tarixlərində Qombori yolunda avtomobillərin hərəkəti qadağan ediləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Aprelin 11-dən 25-dək daxili əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunda aparılan bər

pa işləri ilə əlaqədar olaraq bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Avtomobil Yolları İdarəsindən bildirilib ki, bu müddət ərzində aşırım hissəsində, sürüşmə sahələrində drenaj sistemi qurulacaq və zəif qruntlar dəyişdiriləcək.

“Aparılan işlərin xüsusiyyətlərindən asılı olaraq avtomobil yolunun 3-4 metrədək kəsilməsi lazımdır ki, bu da avtonəqliyyat vasitələrinin keçidini təmin edə bilmir. Yaranan narahatlığa görə əhalidən üzr istəyirik”, - deyə Avtomobil Yolları İdarəsinin sədr müavini Pavle Qamkrelidze bildirib.

Qombori yolu açılana qədər nəqliyyat vasitələri beynəlxalq əhəmiyyətli Tbilisi-Bakırtsixe-Laqodexi avtomobil yolu ilə hərəkət edəcək.

Vaziani-Qombori-Telavi avtomobil yolunda bərpa işləri 33,6 kilometrlik hissədə aparılır. Layihədə yolun hərəkət hissəsinin tam bərpası, asfalt-beton örtüyünün döşənməsi, 6 körpünün bərpası, yeni su borularının və dəmir-beton alt və yuxarı dayaq divarlarının düzülməsi nəzərdə tutulub. Reabilitasiya bir ildir davam edir və payızda başa çatmalıdır. Layihəyə dövlət büdcəsindən 66 milyon 700 min lari ayrılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur