Prokurorluq Tbilisidə 19 yaşlı Revi Demetraşvilinin ölümü ilə bağlı Daxili İşlər Nazirliyinin patrul polis idarəsinin bir əməkdaşını saxlayıb. Saxlanılan şəxs insan ölümünə səbəb olan yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunur. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluğun məlumatına görə, iyulun 19-da saat 04:35 radələrində Revi Demetraşvilinin motosikleti həddindən artıq sürətlə idarə etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin patrul polis idarəsinin əməkdaşları ondan dayanmağı tələb ediblər, o, bu tələbə tabe olmayıb və Aleksandre Kazbeqi prospekti istiqamətində hərəkətini davam etdirib, bu zaman o, yol hərəkəti qaydalarını pozaraq hərəkət edən patrul polisi əməkdaşının idarə etdiyi avtomobillə toqquşub. Motosiklet sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. “Patrul polisinin əməkdaşları tərəfindən cinayət təqibi prosesində baş vermiş mümkün cinayət faktı ilə bağlı istintaq davam etdirilir”, - prokurorluqdan bildirilib.
Yol-nəqliyyat hadisəsində patrul polisi heyətinin iştirakı ilə bağlı məlumatı ilkin olaraq “Formula” və “Mtavari Arxi” telekanalları yayıb. Onlar hadisə şahidinin çəkdiyi videogörüntüləri əldə ediblər və iddiaya görə, onda toqquşma zamanı polis maşınının zədələndiyi görünür. Sözügedən görüntüləri çəkən vətəndaş Qiorqi Modebadze Daxili İşlər Nazirliyi tərəfindən inzibati qaydada saxlanılıb. O, polis əməkdaşlarını şifahi təhqir etməkdə ittiham olunur.
Bildirilib ki, patrul heyəti təqib zamanı motosiklet sürücüsünün yolunu avtomobillə bağlayıb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlayıb.