Rusiya işğalçı qüvvələrinin işğal etdiyi Balta kəndi yaxınlığında qanunsuz saxlanılan Zurab Lobjanidze sərbəst buraxılıb. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti və Tsxinvalinin de-fakto Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb. Zurab Lobjanidze iyulun 1-də saxlanılmışdı.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Zurab Lobjanidzenin qanunsuz həbsdən azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) idarə etdiyi “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin sərəncamında olan bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə olunub”, - DTX-nın yaydığı bəyanatda deyilir.
De-fakto Cənubi Osetiya Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi bildirir ki, Tbilisi sakini 31 yaşlı Zurab Lobjanidze Axalqori rayonu yaxınlığında Balata qəsəbəsində qondarma “sərhədi” qəsdən pozub və bu gün çərşənbə günü “Respublika”dan çıxarılıb.
Gürcüstanın səkkiz vətəndaşı işğal altında olan Sxinvali rayonunda qanunsuz həbsdə saxlanılır. Onlardan biri iyunun 8-də Sxinvali şəhəri yaxınlığında həbs edilib.
Bundan əvvəl, iyunun 5-də məlum olub ki, qondarma Məhkəmə 35 yaşlı Qiorqi Mosiaşvilini “sərhədi” qanunsuz keçməkdə təqsirli bilib və iki il müddətinə azadlıqdan məhrum edib. Qiorqi Mosiaşvili Saçxerinin Perevi kənd sakinidir. O, 2023-cü il oktyabrın 31-də işğal altındakı Sinaquri kəndi ətrafındakı ərazidən qaçırılıb.
Mərkəzi hökumət bəyan edir ki, beynəlxalq tərəfdaşlarla birlikdə Gürcüstan vətəndaşlarının azad edilməsi üçün “aktiv işləyirlər”.