2008-ci il müharibəsində iştirak edib, axtarılıb, hətta əsir düşüb - Öldürülən Tamaz Qinturinin qardaşı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Qardaşım mərhum valideynlərinin məzarı başında idi. O, şam yandırdı, geri qayıtdı və Lomisi kilsəsinə qalxmaq istədi. Kilsəyə qalxdı, üç dəfə dövrə vurdu, şamlar yandırdı. Qayıdanda arxadan güllələdilər. İki güllə dəyib. Gətirləndə artıq ölmüş idi”, - bu barədə Qori rayonunun Kirbali kəndində rus əsgərləri tərəfindən öldürülən Tamaz Qinturinin qardaşı Nikoloz Qinturi jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Tamaz Qinturi mayor olub və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində həqiqətən vuruşub.

“Mən bildiyimə görə, onu axtarırdılar və tutmuşdular. 9 nəfər idi, iki nəfər 9 nəfərin öhdəsindən necə gələ bilərdi. 9 nəfər avtomatlı adama eləcə əllə qarşı gələ bilməzdilər”, - Nikoloz Qinturi deyir. 

Qətl dünən, noyabrın 6-da baş verib. Tamaz Qinturi ilə birlikdə olan həmin kənd sakini 33 yaşlı Levan Dotiaşvili rus hərbçiləri tərəfindən qaçırılıb. Dotiaşvili Tsxinvali təcridxanasında saxlanılır.

Kirbali kənd sakinlərinin verdiyi məlumata görə, rus hərbçiləri yaralı Tamaz Qinturinin yanına heç kimi buraxmayıb. 112-yə ölən şəxsin telefonu ilə Levan Dotiaşvilini zəng elətdiriblər və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, lakin həkimlər gələndə Tamaz Qinturi artıq ölmüş idi.

Gürcüstanın mərkəzi hökuməti dünən Rusiya işğalçı qüvvələrinin nümayəndələrindən oğurlanmış Levan Dotiaşvilinin geri qaytarılmasını və Tamaz Qinturinin qətlində əli olanların cəzalandırılmasını istəyib.

Rusiya tərəfindən işğal olunmuş Tsxinvali rayonunun Təhlükəsizlik Xidməti Kirbali kəndində Tamaz Qinturun qətli ilə bağlı açıqlama yayıb ki, “onları həbs etmək istəyən zaman sərhədçilərə müqavimət göstəriblər və bu da sərhədçilərin həyat və sağlamlığı üçün təhlükə yaradıb. Sərhədi pozanlar baltadan istifadə ediblər. Daha sonra onlar avtomobillə sərhədçini vurmağa, daha sonra Gürcüstana keçməyə cəhd ediblər. Bu qanunsuz hərəkətlərin və Cənubi Osetiya Respublikasının dövlət sərhədinin qanunsuz keçməsinin qarşısını almaq üçün sərhədçilər havaya xəbərdarlıq atəşi açıblar və qanunu pozanlar qanuni tələblərə əməl etmədikdən sonra [sərhədçilər] avtomobillərin təkərlərinə atəş açıblar. “Sərhədi” pozanlardan biri ağır yaralanıb və təcili tibbi yardım üçün Gürcüstan tərəfinə verilib, digəri isə həbs edilib”.

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Kirbali kəndinə gələrək öldürülən şəxsin ailəsinə başsağlığı verib. Prezident dünən “Gürcüstan dövlətçiliyinə qarşı bu qəddar hücum “bir inanclı qardaşın” əsl simasını bir daha ortaya qoyur” desə də, bu gün şərh verməyib. “Noyabrın 8-də Avropa Komissiyasının nəticəsi olacaq, bu hələ qərar deyil, amma vacibdir. Saat 8-də böyük tədbirimiz və böyük konsertimiz olacaqdı. Rusiya yenidən gündəmimizi dəyişməyə cəhd etdi və bu gün biz həqiqətən inanırıq ki, heç bir konsert mümkün deyil, biz tədbirin görünüşünü dəyişdik, amma mahiyyətini yox. Biz yığışacağıq, bir daha deyəcəyik ki, bizim gələcəyimiz Rusiyada deyil. Avropaya böyük mesajımız olacaq”, - Salome Zurabişvili qeyd edib.

“Gürcü Arzusu”ndan Parlamentin birinci vitse-spikeri Qia Volski prezidentin açıqlamasına cavab verib. Onun fikrincə, Gürcüstan Salome Zurabişvili də daxil olmaqla “insan ölümünə sevinən” bir qrup siyasətçiyə layiq deyil.

“Nə Saakaşvilisi, nə Levan Xabeişvilisi və nə də Salome Zurabişvilisi. Təbii ki, insanlar da çıxmalı, aksiya keçirməli, öz mövqeyini bildirməlidir, amma bir nəfərin ölümünə bu qədər sevinən bir qrup siyasətçi və Salome Zurabişvili də onlar arasında olmaqla bizim ölkəyə layiq deyil”, - Volski bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur