De-fakto Cənubi Osetiya Respublikasının Prokurorluğu 2017-ci ildə Axalqorili fəal Tamar Mearağişviliyə qarşı qaldırılmış iki cinayət işini cinayətin sübutu olmadığına görə bağlayıb. Mearağişviliyə de-fakto prokurorluğun qətnaməsini bu gün göndərilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Belə bir məktub aldım - cinayət sübutlarının mövcud olmamasına görə iş - N961705 bağlansın. Bu o deməkdir ki, 2017-ci ilin 16 avqust tarixində mənim həbs olunduğum iş, şəxsi və mənzil axtarışları qanunsuz olub! Bunu sübut etmək üçün 6 il sərf etmişəm və mübarizə apardığım bir gün üçün belə peşman deyiləm! Həmçinin mənim reabilitasiya hüququm var - bu illər ərzində mənə dəymiş mənəvi və maddi ziyan ödənilsin!", - deyir, Tamar Mearağişvili.
2017-ci ilin 16 avqustunda işğal olunmuş Axalqoridə yaşayan fəal Cənubi Osetiya Respublikasının de-fakto milisləri tərəfindən həbs edilib və sənədləri müsadirə edilib. Qondarma prokurorluq onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham edib: Qeyri-qanuni yolla Gürcüstan vətəndaşlığı ilə yanaşı Cənubi Osetiya vətəndaşlığını da almaq, saxta sənəddən istifadə etmək və “Vahid Osetiya” partiyasına böhtan atmaq.
2018-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi vətəndaş fəala qarşı prosesi de-fakto hökumətin onu susdurmaq və doğma şəhərini tərk etməyə məcbur etmək cəhdi kimi qiymətləndirib. 2020-ci ilin yanvar ayında Cənubi Osetiya Ali Məhkəməsinin kollegiyası Tamar Mearağişviliyə qarşı böhtan maddəsini çıxarıb və qondarma Baş prokurora müvafiq epizodların işdən çıxarılması tapşırılıb. Mearağişviliyə digər maddələr üzrə də dəfələrlə haqlı çıxsa da, qondarma Prokurorluq məhkəmənin qərarlarını şikayət edirdi. İndiyədək o, Cənubi Osetiya pasportunu əldə etmə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 324-cü maddəsi) və saxta sənəddən istifadə (327-ci maddə) etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb olunurdu.
Beş il əvvəl ələ keçirilmiş şəxsiyyət vəsiqələri Tamar Mearağişviliyə qaytarılmayıb, ona görə də onun hərəkəti məhduddur və işğal olunmuş bölgəni tərk edə bilmir. Tamar Mearağişvili Gürcüstan hakimiyyətinin diqqətsizliyinə görə dəfələrlə narazılığını bildirib.
2021-ci ilin iyununda o, Baş Nazir İrakli Qaribaşvili ilə danışmaq imkanı istəyib, lakin sonradan özünün dediyi kimi, nə baş nazir, nə də onun göstərişi altında olan heç kim cavab verməyib.