2022-ci ildə 18 deputat sözlü çıxış hüququndan ümumiyyətlə istifadə etməyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2022-ci ildə Gürcüstan parlamentinin 18 üzvü plenar iclaslarda sözlü çıxış etmək hüququndan ümumiyyətlə istifadə etməyib. Onlardan 10-u parlament çoxluğunun, 8-i isə müxalifət üzvüdür.

“Səssiz deputatların” siyahısını “Beynəlxalq Şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatı dərc edir:

  1. Elquca Qoçiridze - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  2. İsko Dasen - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  3. Qriqol Vaşadze - parlament müxalifəti, pariyasız üzv
  4. Abdulla İsmayılov - parlament müxalifəti, “Vahid Milli Hərəkat - Vahid Müxalifət” fraksiyası
  5. Manuçar Kvirkeliya - parlament müxalifəti, “Vahid Milli Hərəkat - Vahid Müxalifət” fraksiyası
  6. Sumbat Kiureğiani - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  7. Levan Kobiaşvili - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  8. Samvel Manukyan - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  9. Qoqi Meşveliani - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  10. Koba Nağopia- parlament müxalifəti, “Vahid Milli Hərəkat - Vahid Müxalifət” fraksiyası
  11. Ramaz Nikolaişvili - parlament müxalifəti, “Vahid Milli Hərəkat - Vahid Müxalifət” fraksiyası
  12. Dimitri Samxaradze - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  13. Baçuki Kardava - parlament müxalifəti, “Vahid Milli Hərəkat - Vahid Müxalifət” fraksiyası
  14. Qoderdzi Çankseliani - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  15. Vasil Çiqoqidze - parlament çoxluğu, “Gürcü Arzusu” fraksiyası
  16. Sezar Çoçeli - parlament müxalifəti, “Vahid Milli Hərəkat - Vahid Müxalifət” fraksiyası
  17. Dilar Khabuliani - parlament müxalifəti, partiyasız üzv
  18. Viktor Caparidze - parlament çoxluğu, partiyasız üzv

“Beynəlxalq Şəffaflıq - Gürcüstan”nın parlament katibi Lika Sajaia qeyd edir ki, Gürcüstan parlamentində deputatların il boyu səs çıxarmamaları uzun illərin problemidir.

“Onlar nə qanunun müzakirəsində, nə siyasi debatlarda iştirak edirlər, nə siyasi bəyanatlarla çıxış edirlər, nə də hökumət üzvü parlamentin iclasına gələndə sual verirlər. Onların deməyə sözü yoxdur, seçicilərin problemlərini səsləndirmirlər və onlar üçün parlament rəhbərinin mandatı yalnız düyməni basmaq və haqqında deməyə sözlərinin olmadığı qanuna səs verməkdir”, - Lika Sajaia deyir.

Parlament çoxluğunun üzvü eyni adlı “səssiz deputatlar”ın bəziləri komitə iclaslarında fəal olduqlarını bildiriblər.

საქართველოს ამბები
საქართველოს ამბები
დამოუკიდებელი, საზოგადოებრივ-პოლიტიკური ონლაინგამოცემა. ვებგვერდს მართავს შპს საქართველოს ამბები.