2022-ci ildə 29 minə qədər Gürcüstan vətəndaşı Avropadan sığınacaq istəyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqının Sığınacaq Agentliyi (EUAA) 2022-ci il üçün ümumi məlumat dərc edib və bu məlumatlara əsasən, keçən il 28.797 Gürcüstan vətəndaşı Aİ ölkələrindən sığınacaq üçün müraciət edib. 26.400 vətəndaş ilk dəfə, 2397 vətəndaş isə yenidən müraciət ünvanlayıb. 2022-ci ildə sığınacaq axtaranların sayı 2021-ci ilə nisbətən iki dəfə artıb.

Gürcüstan vətəndaşlarının müraciətlərinin təmin olunması 4 % təşkil edir. Ötən il yalnız 468 sığınacaq axtaran şəxsə qaçqın statusu verilib, 18.089 nəfərə isə qaçqın statusu verilməyib. 258 nəfər subsidial (müvəqqəti) müdafiə alıb. Hazırda 15.328 nəfərin müraciətinə baxılır.

Gürcüstan vətəndaşları ən çox müraciət edən on ölkə sırasındadır. Pakistan (37 000 müraciət), Banqladeş (34 000) və Gürcüstan (29 000) vətəndaşlarının sığınacaq üçün müraciətlərin sayı 50 %-dən 100 %-ə yüksəlib.

Ən çox müraciəti, əvvəlki illərdə olduğu kimi, Suriya (təxminən 132 min) və Əfqanıstan (129 min) vətəndaşları ünvanlayıb. Üçüncü ən böyük qrupa Türkiyə (55 min nəfər), ikinci yerdə Venesuela (51 min) və ondan sonra Kolumbiya (43 min) vətəndaşları daxildir. Avropa Birliyinin sığınacaq agentliyi yazır ki, keçən il ən azı 2008-ci ildən bəri ən çox müraciəti türklər, venesuelalılar, kolumbiyalılar, banqladeşlilər və gürcülər verib.

2014-2022-ci illərdə Aİ ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı belə olub: 2014-cü il - 8728, 2015-ci il - 8049, 2016-cı il - 8573, 2017-ci il - 11.579, 2018-ci il - 19.959, 2019-cu il - 22.118, 2020-ci il - 8508, 2021-ci il - 14.647, 2022-ci il - 28.797 nəfər.

Avropa İttifaqı Sığınacaq Agentliyinin ötən ilin avqustunda dərc etdiyi və miqrasiyanın səbəblərindən bəhs edən hesabatda Rusiyanın Ukraynaya müdaxiləsinin Gürcüstana ciddi iqtisadi və sosial-siyasi təsir göstərdiyi deyilir. Bu təsir vətəndaşları Aİ ölkələrindən sığınacaq üçün müraciət etməyə məcbur edib. Hesabata görə:

  • Müharibənin başlanması Ukrayna, Belarus və Rusiya vətəndaşlarını Tbilisiyə köçməyə vadar etdi, nəticədə mənzilə tələbat artdı və 2022-ci ilin may ayına kimi kirayə ödənişi 101 % artdı;
  • İllik inflyasiya yüksək olub - 13 %, işsizlik səviyyəsi isə 2022-ci ilin birinci rübündə 19 %-ə çatıb.
  • 2022-ci ilin martında keçirilən sorğuya əsasən, sorğuda iştirak edən 2024 gürcüdən 81 %-i Ukraynadakı müharibənin gələcəkdə onların ailələrinin iqtisadi rifahına mənfi təsir göstərəcəyini düşünürdü.

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstandan vətəndaşların kütləvi miqrasiyasını 2017-ci ilin martında Avropa İttifaqı ilə tətbiq edilən vizasız rejimlə bağlı olduğunu qeyd edir. Onun sözlərinə görə, iqtisadi cəhətdən güclü ölkə iqtisadi cəhətdən zəif olan ölkənin əhalisi üçün viza rejimini sadələşdirəndə bunun əhalinin xaricə axınına şərait yaratması təbiidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur